Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:52

Cəbhəçi poçtalyon: 'Məni çoxdan işdən çıxarmaq istəyirdilər...'


Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. 2017
Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. 2017

Mehriban Hüseynli iki ali təhsil alıb, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Ancaq ali təhsili olmasına rəğmən beş ilə yaxımdır ki, Bakının Zirə qəsəbəsində 4 saylı poçt filialının 120 saylı şöbəsində poçtalyon işləyib. Özü də 162 manat maaşa.

Demokratik Qüvvələrin Milli Şurasının son mitinqdən öncə isə işdən çıxarılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Mehriban Hüseynlinin AzadlıqRadiosu-na söylədiyinə görə, buna səbəb “siyasi fəaliyyəti”, mitinqlərdə iştirakıdır.

Mehriban Hüseynli
Mehriban Hüseynli

Buna da bax: 'Dəfələrlə 'ya AXCP, ya iş' seçimi önündə qalmışam' - dosent

“Məni çoxdan işdən çıxarmaq istəyirdilər, hər mitinq öncəsi bir həngamə çıxarırdılar”, – söyləyən keçmiş poçtalyon bu məqsədlə bir neçə dəfə təxribata çəkildiyini, onunla bağlı şöbəyə yoxlama göndərildiyini, amma işində nöqsan tapa bilmədiklərini deyir. Sonuncu yoxlamadan az sonra işdən çıxarılma əmrini alıb və bu zaman iş yoldaşlarının da etiraz olaraq işdən çıxmaq barədə ərizələrini yazdıqlarını bildirir.

Mehriban Hüseynli: “Sonuncu dəfə mitinq öncəsi iki nəfər gəldi, dedilər: “sizi qəfil yoxlamağa gəlmişik”
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00
Direct-ə keçid

“Çox danışırsan, əsəbiləşirik”

“Sonuncu dəfə mitinq öncəsi iki nəfər gəldi. Biz 4 saylı poçt filialının tabeliyindəyik, filialın iki nəfər nümayəndəsi içəri girdi, dedilər: “sizi qəfil yoxlamağa gəlmişik”. Həmin vaxt Zirəyə çox sayda məktub gəlmişdi, sayı 200-ə çatmışdı. Hamısı da Dövlət Yol Polisindən, məhkəmədən idi. Mən camaatı tanıyıram deyə zəng vurub deyirdim ki, ‘sizə məktub var, gəlin götürün’, bəzisini də özüm aparırdım. Sahə böyük olduğundan o qədər məktubun hamısını paylamaq mümkün deyil. Ştatda üç nəfərik. Hər birimiz beş adamın yerinə işləyirik, gecəmiz-gündüzümüz yoxdur. Günə 40-50 məktub paylaya bilirdim. Filialın əməkdaşları soruşdu ki, ‘məktublar niyə yığılıb?’ Dedim ki, ‘məsələn, bu adam evdə olmur, xəbəri var məktubdan, deyir ki, vaxtım olanda gəlib götürəcəm’. Dedilər ki, ‘sən düz etməmisən’... Mən birinci sahəyə cavabdehəm. Mən bura gələndə bu sahə iki küçəni əhatə edirdi, indi isə kənd böyüyüb, bağlar salınıb, əlavə 2-3 işçi götürülməlidir. Bunu deyəndə cavab verdilər ki, ‘çox danışırsan, biz əsəbiləşirik’”, – 120 saylı poçt şöbəsinin keçmiş əməkdaşı belə nəql edir.

Buna da bax: 6 nəfərə inzibati cəza verildiyi deyilir (Yenilənib)

Mehriban Hüseynli deyir ki, yoxlamaya gələn filial əməkdaşlarının yoxlaması 20 dəqiqə çəkib, onlar getdikdən az sonra onun işdən çıxarılması barədə əmr gəlib. “Demək əmr çoxdan hazırlanıbmış. Qısa müddətə onu necə hazırlamaq olardı”, – AXCP üzvü sual edir.

Poçtdakı xanımların həmrəyliyi

Onun sözlərinə görə, bundan sonra poçtun digər üç əməkdaşı da işdən çıxmaq barədə ərizə yazıblar. Mehriban Hüseynli bu haqda “Facebook” sosial şəbəkəsində də yazıb: “Bu xanımlar nə siyasətçidirlər, nə siyasətə qoşulublar, nə də hər hansı bir siyasi partiyanın üzvləridir. Rabitəçidirlər. Uzun illər işlədikləri müddətdə dә, ən ağır, dözülməz əmək şəraitində də, daim yuxarı rütbəli haqsız rəhbər işçilərin basqıları altında da, cüzi əmək haqqı müqabilində də saflıqlarını itirməyən, sakinlərə vicdanla xidmət göstərən ərazinin ən dürüst, bacarıqlı, peşəkar qəhrəman əməkdaşları. Hətta məni də qınayırdılar ki, odla çox oynamayım, özümə rəhmim gəlsin. Lakin 04.10.2017-ci il tarixində çox mənasız bir ittihamla mənim qəfil işdən çıxarılmağıma gözləmədiyim şəkildə qəti etiraz edib işdən istefa verdilər, poçtu bağladılar. Onlara qalmaları üçün baş idarədən nə qədər xahiş etsələr də, qayıtmadılar”.

Buna da bax: Nizami Cəfərov: “İlham Əliyevin xanımının, övladlarının fəaliyyəti də göz qabağındadır”

Mehriban Hüseynli poçtun bir gün fəaliyyət göstərmədiyini, indisə kənar şöbədən gətirilən əməkdaşın müvəqqəti olaraq çalışdığını bildirir.

İşdənçıxaran: “Səlahiyyətimiz yoxdur”

AzadlıqRadiosu 120 saylı poçt şöbəsinə zəng vursa da, telefona cavab verən olmayıb, 4 saylı filialdan isə bildiriblər ki, Mehriban Hüseynlinin işdən çıxarılma səbəbi haqda danışmaq səlahiyyətləri yoxdur, hadisə ilə bağlı ancaq “Azərpoçt” MMC açıqlama verə bilər.

İş gününün sonu olduğundan “Azərpoçt”la əlaqə yaratmaq mümkün olmayıb.

Buna da bax: Milli Şura Bakıda mitinq keçirdi (Foto, Video. Yenilənir)

Son mitinqlər və işdənçıxarılma haqda deyilənlər

Milli Şuranın son mitinqlərindən sonra AXCP üzvü olan bir neçə şəxsin işdən çıxarıldığı deyilir. Onlardan biri partiyanın Rəyasət Heyətinin üzvü Eldar Hüseynov Dövlət İqtisad Universiteti İnformasiya və İqtisadi Texnologiyalar kafedrasından, cəbhəçi Elmi Usubovun da həkim işlədiyi tibb müəssisəsindən çıxarıldığını bildirir.

Əli Kərimli
Əli Kərimli

AXCP sədri Əli Kərimli də baş verənlərə “Facebook” sosial şəbəkəsində münasibət bildirib:

“Mehriban xanım çox mübariz xanımdı. AXCP Mitinq Komitəsinin Xəzər rayonu üzrə məsul nümayəndəsidir. Mitinqlərin artan xətlə davamından təşvişə düşmüş hakimiyyət mitinqin təşkilatçılarından qisas alır. Mehriban xanıma 120 saylı poçt şöbəsində işləməyi də çox gördülər. Onu da mitinqin təşkilatçısı olduğu üçün işdən çıxardılar”.

Zahid Oruc: “Yanlış təqdimatdır”

Buna da bax: Milli Şura Bakıda mitinq keçirir (1-ci video)

Deputat Zahid Oruc deyir ki, bu sadalananların siyasi hakimiyyət tərəfindən “məqsədli edilməsi” barədə təqdimat yanlışdır. Onun sözlərinə görə, bu məsələdə mütləq aydınlaşdırma aparılmalıdır.

Zahid Oruc
Zahid Oruc

“Bir sıra hallarda iş yerində problemi olan yaxud hansısa strukturdan gedən, müxalif qüvvələr tərəfindən reabilitasiyaya cəhd edən, təmsil etdiyi qurumu təsir, təzyiq altında qoymaq istəyən şəxslər də belə ssenaridən istifadə edirlər. Bir qədər irəli gedib müxalifətin aksiyalarının xaricdə sığınacaq almaq üçün ən mühüm marşruta çevrilməsi barədə məqalələri demirəm”, – deputat bildirir.

Zahid Oruc bunu da qeyd edir ki, “həmin faktlar yalnız virtual şəbəkədə Əli Kərimlinin özü tərəfindən ictimailəşdirilib”.

Zahid Oruc: “Həmin faktlar yalnız virtual şəbəkədə Əli Kərimlinin özü tərəfindən ictimailəşdirilib”
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00
Direct-ə keçid

“Müxalifətin bir “Məhsul” stadionunu dolduracaq qədər tərəfdarı yoxdur. Belə şəraitdə kimlərəsə ‘kütləvi olaraq, mərkəzləşmiş qaydada sosial təsir göstərilir, çörəklə sınaqla çəkilir’ fikrini demək yanlışdır. Bu təbliğat Əli Kərimlinin işinə yarayır. Onun tərəfdarlarının inzibati qurumlar tərəfindən sıxışdırıldığını düşünmürəm”, – hakimiyyətyönlü deputat fikrini yekunlaşdırır.

Buna da bax: Müxalif fəalların polisə çağırıldığı deyilir [yenilənib]

XATIRLATMA

Oktyabrın 7-si Milli Şura Bakıda mitinq keçirib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) ilə də razılaşdırılıb. Mitinqdə «Talana yox», «İstefa» kimi şüarlar səslənib. Mitinqdə çıxış edən Milli Şuranın rəhbərliyi hakimiyyəti tənqid edib. Onlar deyiblər ki, hakimiyyətin neft siyasəti xalqın yox, bir ailənin mənafeyinə xidmət edib.

Bu ilin əvvəlində də AXCP-nin bəzi üzvlərinin mitinqdə iştiraka görə, işdən çıxarıldığı açıqlanmışdı.

Ancaq onlardan AXCP Neftçala təşkilatının fəalları Əflatun Əhmədzadə və xanımı Ülkər Əhmədzadə sentyabrın 25-də məhkəmənin qərarı ilə yenidən işə bərpa ediliblər.

Neftçala rayonunda müəllim işləyən bu şəxslər həm əmək intizamını və həm də məktəbdə siyasi loyallıq prinsipini pozmaqda ittiham edilərək işdən çıxarılmışdılar.

XS
SM
MD
LG