Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:03

Məhsa Əmini və İran qadınlarına Saxarov mükafatı verildi


Qadınlar etirazlarda Məhsa Əmininin plakatlarını qaldırıb
Qadınlar etirazlarda Məhsa Əmininin plakatlarını qaldırıb

Məhsa Əmini və onun ölümündən sonra İranda başlamış “Qadınlar, Həyat, Azadlıq” hərəkatı Avropa Parlamentinin ali Saxarov Mükafatına layiq görülüb. Bir neçə həftə öncə isə iranlı insan haqları fəalı Nərgiz Məhəmmədiyə Nobel Sülh mükafatı verilmişdi.

Ötən ilin sentyabrında 22 yaşlı, kürd əsilli Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə Tehranda saxlanıb, üç gün sonra xəstəxanada polis nəzarətində vəfat edib. Bundan sonra İranı antihökumət etirazları bürüyüb. Onların mükafata namizədliyini parlamentin üç böyük partiyası – Avropa Xalq Partiyası, Sosialist və Demokratlar və Yenilənən Avropa partiyaları verib.

Məktəblinin hicaba görə hücuma məruz qaldığı deyilir

Əmini və hərəkatın nominasiyası “qadın hüquqlarının müdafiəsində cəsarətli səylərinin tanınmasıdır”, – Aİ parlamentinin xarici işlər komitəsinin sədri Deyvid MakAlister oktyabrın 12-də nominantların qısa siyahısını elan edərkən deyib.

İrandakı son etirazlar 1979-cu il inqilabından bəri İslam hökumətinə ən böyük təhdid sayılıb. Hakimiyyət nümayişlərə sərt reaksiya verib, yüzlərlə etirazçı öldürülüb, minlərlə insan xəsarət alıb.

Bu yaxınlarda 16 yaşlı məktəbli Armita Qəravəndə hicab taxmadığına görə metroda polisin hücum etdiyi deyilir. O, iddia olunan hücumdan sonra komaya düşüb.

Öncəki laureatlar

Saxarov Düşüncə Azadlığı Mükafatı sovet fiziki və siyasi dissident Andrey Saxarovun şərəfinə təsis olunub. İnsan haqları və fundamental azadlıqların müdafiəsinə görə fərdlərə və təşkilatlara verilən mükafatın dəyəri 50 min avrodur (53 min dollar).

Ötən il Avropa Parlamenti bu mükafatı Rusiyanın tammiqyaslı işğalına qarşı dayanan Ukrayna xalqına verib.

Daha öncə bu mükafata layiq görülənlər sırasında rusiyalı müxalifətçi Aleksey Navalnı, Belarus müxalifəti, Çində uyğur azlığının həbsdə olan müdafiəçisi İlham Tohti olub.

XS
SM
MD
LG