Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Mərkəzi Bankın valyuta ehtiyatı nədən fevraldan azalır?


AMB
AMB

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son aylar azalıb. Bu ilin aprelin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard 86 milyon ABŞ dolları təşkil edib. Bu, son bir ayda 51 milyon dollar azalma deməkdir. Ümumilikdə isə bu ilin fevralından etibarən AMB-nin valyuta ehtiyatlarında 73 milyon dollar azalma baş verib. Halbuki, istər AMB rəhbərliyi, istərsə də ölkə rəsmiləri deyirlər ki, hazırda manata təzyiq yoxdur. Ölkənin əsas ixrac məhsulu olan neft isə bu ilin əvvəlindən, xüsusilə də fevralın 24-də Rusiyanin Ukraynaya təcavüzündən sonra bahalaşıb. Ən nəhayət, son illər hərraca Neft Fondu valyuta çıxarır.

Bəs onda Mərkəzi Bankın valyuta ehtiyatları niyə azalır? Bu sula Mərkəzi Bank rəhbərliyindən cavab almaq, hələlik, mümkün olmayıb.

V.Əhmədov
V.Əhmədov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da "Turan"a deyib ki, Mərkəzi Bankın valyuta ehtiyatları ayrıdır, Dövlət Neft Fondunun valyuta ehtiyatları ayrı: "Düzdür, onların arasında mübadilə aparılır, hərraca müəyyən valyuta məbləği çıxarılır. Ola bilər, hərraca bir az çox valyuta çıxarılıb deyə, cüzi azalma baş verib".

"Bu da təsir göstərir…"

Komitə üzvü habelə vurğulayıb ki, dünya bazarlarında dollara qarşı digər valyutalar ucuzlaşmaqdadır: "Bizim valyuta ehtiyatlarımız həm dollardadır, həm avrodadır, həm funt-sterlinqdədir. Bu da təsir göstərir və müəyyən azalmalar baş verir".

Deputat qeyd edib ki, azalmaya baxmayaraq, Mərkəzi Bankın valyuta ehtiyatları kifayət qədərdir və bankın fəaliyyətində ciddi problem yoxdur.

N.Bəydəmirli
N.Bəydəmirli

İqtisadçı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, yüksək neft qiymətlərinin fonunda valyuta ehtiyatlarının azalması cari xərclərdən qaynaqlana bilməz: "Valyuta tənzimləməsinin də buna təsiri olmamalıdır, çünki ölkəyə gələn valyuta ölkədən çıxan valyutadan kifayət qədər çoxdur. Belə məqamlarda əksinə, yerli valyutanın möhkəmlənməsi olmalı idi".

"Mərkəzi Bank özünə yeni bina tikdirir"

N.Bəydəmirli hesab edir ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması daha çox xərcləmədədir: "Mərkəzi Bank özünə yeni inzibati bina tikdirir. Ola bilər ki, o özündə olan valyuta ehtiyatlarından o məqsəd üçün xarici şirkətə ödəniş edib".

O, valyuta ehtiyatların azalmasında ölkədaxili faktorun olmadığını düşünür: "Yəqin ki, Mərkəzi Bankın rəsmiləri bunu idarəolunan səviyyədə göstərəcəklər və deyəcəklər ki, valyuta ehtiyatlarımıza heç bir təhlükə yoxdur. Amma Azərbaycanda kredit faizləri çox yüksəkdir, o cümlədən də Mərkəzi Bankın xarici resurslarda saxlanılan rezervləri də bir o qədər də böyük gəlir gətirmir".

Hər il Azərbaycandan xaricə milyardlarla dollar necə çıxarılır?
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Lakin, onun sözlərinə görə, qurum bu barədə düşünmür: "Çünki Mərkəzi Banka hökumətin təsiri çox böyükdür, qurum müstəqil siyasət yürüdə bilmir. Ona görə də görünən odur ki, hər hansı strateji dəyişikliklərini biz müşahidə etməyəcəyik".

XS
SM
MD
LG