Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:04

19 milyard dollar meşələrə çarə olacaqmı


Rusiyada meşə yanğını
Rusiyada meşə yanğını

Meşələrin bərpasına 14 milyard funt-sterlinq (19.2 milyard dollar) ayırmaq vəd edilir

Noyabrın 2-də 100-dən artıq dünya lideri 2030-cu ilədək meşələrin qırılmasını dayandırmağı vəd edən sənəd imzalayıblar. Şotlandiyanın Qlazqo şəhərində birgə bəyanatı imzalayanlar arasında Amazon meşələrinin seyrəkləşdiyi Braziliya da var.

Liderlər meşələrin bərpasına 14 milyard funt-sterlinq (19.2 milyard dollar) ayırmağa boyun olurlar.

COP26 iqlim danışıqlarında birgə bəyanatı dünyadakı meşələrin 85 faizini əhatələyən ölkələrin liderləri imza atıb. Braziliyadan başqa, dünyanın ən böyük və təhlükədə olan meşələrinin yerləşdiyi İndoneziya, Konqo Demokratik Respublikası da bu sıradadır.

Ekspertlərin narahatlığı

2025-ci ilədək vəd olunan məbləğin 12 milyard dolları 12 dövlət tərəfindən, əlavə 7.2 milyardı isə özəl sektordan gələcək. 30-dan artıq maliyyə qurumunun başçısı meşəsizləşdirmə ilə bağlı işlərə sərmayəni dayandırmaq öhdəliyi götürəcək.

BBC yazır ki, ekspertlər bu addımı alqışlayırlar, amma 2014-cü ildəki razılaşmanın “meşəsizləşdirməni qətiyyən səngitmədiyini”, öhdəliklərə əməl olunmasının vacibliyini vurğulayırlar.

Dünyada meşələr sürətlə yoxa çıxır, ağaclar kənd təsərrüfatı və tikini məqsədilə kəsilir. Ətraf mühit fəalları isə dünyada qlobal istiləşməni gücləndirən karbon qazını “sinəsinə çəkən” meşələrin məhvini dayandırmağa çalışırlar.

Qəbələdə meşə yanğınları niyə davam edir? Yanğın Milli Parka da keçib
Gözlə

No media source currently available

0:00 0:05:52 0:00

Karbonun 30%-ni udur

“Global Forest Watch” təşkilatının məlumatına görə, dünyada təkcə 2020-ci ildə 258 min kvadrat metrlik meşə qırılıb ki, bu da Böyük Britaniyanın ərazisindən böyükdür.

Beş ölkə – Britaniya, Birləşmiş Ştatlar, Norveç, Almaniya və Niderland isə bir neçə özəl donorla birlikdə yerli xalqların meşələri qorumasına dəstək məqsədilə 1.7 milyard dollar vəd ediblər.

Ətraf mühit fəalları deyirlər ki, yerli icmalar meşələri qırılmaqdan çox yaxşı qoruyur.

COP26 danışıqlarının məqsədi qlobal istiləşməni 1.5 Selsi dərəcədə saxlamağa nail olmaqdır. Alimlərin fikrincə, bu hədəfə meşələr və təbiət-əsaslı həll yolları ilə çatmaq olar.

Meşələr atmosferə karbon emissiyalarının təxminən 30 faizini udur.

XS
SM
MD
LG