Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Palata: ‘Metropolitendə ciddi pozuntular var’


Bakı metrosunda yenidən qurulan stansiyaların divarları
Bakı metrosunda yenidən qurulan stansiyaların divarları

Bakı metropoliteninin 2014-15-ci illərdə maliyyə vəsaitlərinin idarə olunmasında ciddi pozuntulara yol verdiyi bildirilir.

Bu haqda Hesablama Palatasının sentyabrın 8-də açıqladığı məlumatda bəhs edilir. Məlumat palatanın apardığı auditin nəticələrinə əsaslanır.

Vergi qanunvericiliyi pozulub

Bakı metropolitenində satınalmalar zamanı da qaydalara tam əməl olunmayıb.

Məlumatda bildirilir ki, Bakı metropoliteni 2014-cü ildə 210, 2015-ci ildə isə 215 milyondan artıq sərnişin daşıyıb. Audit subsidiyalarla birlikdə 170, cəlb edilmiş kredit resursu da nəzərə alınmaqla dövlət büdcəsindən ayrılmış 602 milyon manat vəsaiti əhatə edib.

Buna da bax:​ Hesablama Palatası məktəb tikintisində pozuntu tapıb

Metro sahəsindən yaşayış və kommersiya təyinatı üzrə istifadə

Audit iddia edir ki, metropoliten vergi qanunvericiliyinin tələblərini pozub. Bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5 faiz artıq göstərilib. Metropolitenin həmçinin, gəlirlərin vergilərə cəlb olunmamasına, hesablanmış əlavə dəyər vergisi (ƏDV) məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə yol verdiyi deyilir.

Bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5 faiz artıq göstərilib.

Dövlət əmlakından istifadə zamanı da pozuntulara yol verildiyi qeyd edilir. Hesabata görə, metro sahəsindən rəsmiləşdirmə olmadan ticarət fəaliyyəti , yaşayış və kommersiya təyinatları üzrə istifadə olunub. Metro stansiyalarında yeni üslubda ticarət köşklərinin yaradılması zamanı da qaydalara əməl olunmayıb.

«Bank Technique»ya 6 milyonluq köçürmə...

Hesabatda bildirilir ki, Bakı metropolitenində satınalmalar zamanı da qaydalara tam əməl olunmayıb. Satın alınacaq malların ehtimal olunan qiymətləri öncədən müəyyən edilməyib. Mallar birbaşa istehsalçılardan deyil, rəsmi təmsilçilik hüququ olmayan şirkətlərdən satın alınıb. Bundan başqa, güzəştli gömrük rüsumu rejimlərindən istifadə olunmaması hallarının da müəyyən edildiyi açıqlanıb.

Mallar birbaşa istehsalçılardan deyil, rəsmi təmsilçilik hüququ olmayan şirkətlərdən satın alınıb.

Hesabatda bildirir ki, metro tikintisinə təcrübəsi, potensialı olmayan podratçı şirkətlərin cəlb edilməsi, bəzi obyektlərin layihə və smeta sənədlərinin ekspertizadan keçirilməməsi halları da audit zamanı üzə çıxıb.

Buna da bax:​ Hesablama Palatasının Azal-da nələri hesablaya bimir?

Auditin qanuni əsaslar, məhkəmə qərarı olmadan 6 milyon manat vəsaiti metro tikintisi çərçivəsində layihə ərazisinə düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsindən ötrü «Bank Technique»ya köçürüldüyünü də üzə çıxartdığı qeyd edilir.

Hesablama Palatası üzə çıxan pozuntularla bağlı Nazirlər Kabinetinə, Vergilər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Milli Məclisə məlumat verdiyini bildirir. Məlumatda həmçinin, pozuntuya yol verən vəzifəli şəxslərin cəzalandırılması barədə qərar çıxarıldığı bildirilir.

...məhkəmə qərarı olmadan 6 milyon manat vəsaiti metro tikintisi çərçivəsində ... «Bank Technique»ya köçürüldüyü də üzə çıxıb...

Palata bundan əvvəl sonuncu dəfə Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində büdcə vəsaitlərinin xərclənməsində nöqsanlara yol verilməsi barədə bilgi yaymışdı.

Buna da bax:​ Uşaq Evləri idarəsində də maliyyə pozuntuları aşkarlanıb

Hesablama Palatası bir qədər əvvəl isə AZAL-da, «Su və Meliorasiya» ASC-də, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində, Fizika İnstitutunda və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində də pozuntular aşkarlandığını açıqlamışdı.

Sözügedən qurumlar Hesablama Palatasının hesabatları ilə bağlı, hələlik, etiraz bildirməyiblər.

XS
SM
MD
LG