Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:24
Milli Şuranın Bakıda mitinqi, 8 aprel 2017
Milli Şuranın Bakıda mitinqi, 8 aprel 2017

Milli Şura Bakıda mitinq keçirdi

Aprelin 8-i Demokratik Qüvvələrinin Milli Şurası Bakının Yasamal rayonu ərazisindəki “Məhsul ” stadionunda mitinq keçirib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

AXCP sədri Əli Kərimli çıxış edərkən "İstefa" şüarları səslənib və bu zaman elektrik enerjisi kəsilib. Amma Əli Kərimli deyib ki, elektrik enerjisini kəsməklə bizi dayandıra bilməyəcəksiz və biz mitinqimizi davam etdirəcəyik. Bir neçə dəqiqə sonra meydana elektrik enerjisinin verilməsi bərpa edilib.

Mitinqin aparıcısı AXCP Gənclər Komitəsinin rəhbəri İlham Hüseyndir.

O, açılış zamanı ölkədəki ictimai siyasi duruma toxunub.

“Biz uzun müddətdir “Talana yox”, “Yalana yox” tələbləri ilə etiraz aksiyaları keçiririk. Ancaq problemlərin həlli istiqamətində gərəkli addımlar atılmır. Əvəzində şüarlarımıza “Monarxiyaya yox” şüarı da əlavə olunub”, o deyib.

O, ölkə iqtisadiyyatının tənəzzüldə olduğunu bildirib.

“Ölkəyə böyük neft pulları gəlib. Ancaq inkişaf bizdə yox, Gürcüstanda baş verib. Neft pulları Azərbaycana gəlib, əməkhaqları Ermənistanda artır”

Milli Şuranın mitinqində AXCP sədri Əli Kərimli çıxış edir
Milli Şuranın mitinqində AXCP sədri Əli Kərimli çıxış edir

Mitinq Azərbaycanın himni səslənəndən sonra "Azadlıq", "Azadlıq" şüarları ilə başlayıb, 8 aprel 2017
Mitinq Azərbaycanın himni səslənəndən sonra "Azadlıq", "Azadlıq" şüarları ilə başlayıb, 8 aprel 2017

Davamı

XS
SM
MD
LG