Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Milli Şura mitinq qərarı verdi


Milli Şuranın mitinqi (Arxiv)
Milli Şuranın mitinqi (Arxiv)

-

Demokratik Qüvvələrin Milli Şurası referendum öncəsində mitinq keçirmək haqqında qərar verib. İlk mitinq sentyabrın 11-nə təyin edilib.

Bu haqda Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli avqustun 31-də məlumat yayib.

Ə. Kərimli mitinqlə bağlı əlaqəli icra hakimiyyəti qurumlarına müraciət göndəriləcəyini deyib. O, mitinqin əsas şüarını da açıqlayıb. Əsas şüar “Monarxiyaya yox! Talana son!” olacaq.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax: Arif Hacılı: 'Zaman gələcək, cavab verəcəklər'

Dəyişikliklərin əleyhinə olan Milli Şura referendumu boykot etmək qərarı verib.

Dəyişikliyin əleyhinə olan siyasi qüvvələrdən Müsavat Partiyasının təsis etdiyi “Respublika” təşəbbüs qrupu isə qeydə alınmayıb. Müsavat da kütləvi aksiyaların keçirilməsi məqsədi il Mitinq Komitəsi yaradıb.

Hakimiyyət rəsmiləri isə konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.

Buna da bax: Bürkülü gündə "Xilas ol" nidaları eşidildi...

Bürkülü gündə "Xilas ol" nidaları eşidildi...
Gözlə

No media source currently available

0:00 0:06:07 0:00

XS
SM
MD
LG