Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:31

'Demoqrafik intihar' nə deməkdir?


Doğum evi (arxiv fotosu)
Doğum evi (arxiv fotosu)

İtaliya hökumətinin ölkədə doğum göstəricisinin durmadan aşağı düşməsi ilə bağlı tədbirlər görməyə başlayıb. Ancaq hökumətin gənc ailələri uşaq dünyaya gətirməyə həvəsləndirmək üçün başladığı kampaniya əks effekt verib. Kampaniya çərçivəsində hazırlanmış posterlər təkəbbürlü, cinsi ayrıseçkiliyi təbliğ edən və ümumiyyətlə, insanı alçaldan məzmununa görə sosial mediada kəskin tənqid olunub. İş o yerə çatıb ki, səhiyyə naziri Beatrice Lorenzi bununla bağlı çıxış edib. Kampaniyaya lazımi dəyişikliklər edilməsi barədə göstəriş verib.

Buna da bax: Qaçqınlar qoca Avropanı gəncləşdirirmi?

İctimaiyyət arasında daha çox narazılığa səbəb olan poster bir əli qarnının üstündə, o biri əlində qum saatı olan yaşı ötən qadının təsvir edildiyi poster olub. Şəkildə bu sözlər də yer alıb: «Gözəlliyin yaşı yoxdur, doğumun isə var!»

Tənqidçilərin fikrincə, bu sözlərdən belə çıxır ki, uşaqsız qalan ailələrdə günahkar doğumu sonrakı illərə təxirə salan qadınlardır.

Narazılığa səbəb olan poster bir əli qarnının üstündə, o biri əlində qum saatı olan yaşı ötən qadının təsvir edildiyi poster olub.

Təbliğat kampaniyasından kişilər də razı qalmayıb. Tüstüləyən siqareti saxlayan kişi əlinin təsvir olunduğu şəkildə bu sözlər yazılıb: «Spermalarını tüstü ilə birgə havaya uçurma!»

Sentyabrın 22-də qeyd olunan Nəsilartırma Gününü təbliğ etmək məqsədilə hazırlanmış bu posterlər qısa müddətdə sosial media geniş rezonans doğurub.

Buna da bax: Azərbaycanda əhali artımı getikcə zəifləyir

«Demoqrafik intihar»

Tənqidçilər diqqəti İtaliyada övlad sahibi olmağın çətinliklərinə, o cümlədən işsizliyin yüksək, əməkhaqqının aşağı, hamiləlik hüququnun zəif olmasına yönəldiblər. Onların fikrincə, gənclər arasında işsizliyin 42% olduğu, ödənişli analıq məzuniyyətinin verilmədiyi bir ölkədə qadınları hamilə qalmağa təşviq etmək çox çətindir. İtaliyada bəzi hallarda işəgötürənlər qadın işçilərə hamilə qaldıqları təqdirdə onların işdən çıxarılmasını asanlaşdıran xüsusi sənəd imzalatdırırlar.

Matteo Renzi: «Bildiyim qədəri ilə, hələ ki, dostlarımdan heç biri bu reklamlara baxıb uşaq sahibi olmaq fikrinə düşməyib»

Sosial media istifadəçilərdən biri münasibətini hamiləlik testi tutmuş qadın əlinin təsvir olunduğu karikatura ilə bildirib. Hamiləlik testinin üzərində pozitiv, yaxud neqativ cavabının əvəzinə bu sözlər yazılıb: «Xaricə gedib, özünə iş tap».

Buna da bax: Ermənistanda doğum 2 dəfə azalıb

Bir qrup istifadəçi isə İtaliyada doğum göstəricisinin sürətlə azalmasının ciddi problem olduğuna diqqəti çəkir: «Demoqrafik intiharın yaşandığı bir ölkədə hələ çox, lap çox iş görülməlidir».

Hətta baş nazir Matteo Renzi də kampaniya barədə ürəkaçan fikirlər söyləməyib. «Bildiyim qədəri ilə, hələ ki, dostlarımdan heç biri bu reklamlara baxıb uşaq sahibi olmaq fikrinə düşməyib» Matteo Renzi əlavə edib ki, uşaq sahibi olmağa can atan bir cəmiyyət qurmaq üçün buna əlverişli şərait yarada bildiyinizə əmin olmanız lazımdır.

Hər 1000 nəfərə cəmi 8 körpə

İtaliya doğumu təşviq etmək üçün İsveçdən yaxşı nümunə götürə bilər.

İtaliya nəinki Avropa Birliyində, hətta dünyada ən aşağı doğum göstəricisinə malik ölkələrdən biridir. 2015-ci ildə bu ölkədə hər 1000 nəfərə cəmi 8 körpə doğulub. İl ərzində isə ümumilikdə 488 min uşaq dünyaya gəlib. Bu, 1861-ci ildən bu yana İtaliyada qeydə alınmış ən aşağı göstəricidir. 1960-cı illərdəki göstəricinin isə yarısından da azdır.

Buna da bax: Azərbaycan əhalisi get-gedə qocalır...

Səhiyyə naziri bu ilin əvvəllərində bildirmişdi ki, doğum göstəricisindəki dramatik enmə bu cür belə davam eləsə, on ilə il ərzində doğum sayı 350 minə enəcək.

İtaliya doğumu təşviq etmək üçün İsveçdən yaxşı nümunə götürə bilər. 1980-ci illərdə İsveç də eyni problemi yaşayırdı. Hökumətin ailə siyasətindəki yenilikləri, konkret olaraq, həm analıq, həm də atalıq məzuniyyəti, habelə digər səxavətli sosial ödənişlər tətbiq etməsi sayəsində vəziyyət dəyişdi. Bu gün İsveçdə doğum göstəricisi Avropa Birliyinin orta göstəricisindən yuxarıdır.

XS
SM
MD
LG