Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:58

Mingəçevirdə həbs olunan 67 yaşlı aksiyaçı pul axtarır


Polis etirazçılara qarşı güc tətbiq edir
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Polis etirazçılara qarşı güc tətbiq edir (video-3)

-

Bəhruz Hacıyevin ölümündən sonra onun yaşadığı Mingəçevir kəndi (Mingəçevir şəhərinin ərazisi) yalnız Bəhruzun itkisinin acısını yox, həm də onun ölümünə etiraz olaraq avqustun 22-də aksiya keçirənlərin aqibətinin narahatlığını yaşayır.

5 NƏFƏR 3 AYLIQ HƏBS?

Kənd sakinləri beş aksiya iştirakçısının adını sadalayır və onlar barəsində üç aylıq həbs qəti imkan tədbirinin seçildiyini, həmin şəxslərin Gəncədəki istintaq təcridxanasına göndərildiyini deyirlər. Ailələrdən biri bildirir ki, məhkəmənin olub olmamasından xəbərləri yoxdur.

Sakinlər daha çox İlkin Oruc oğlundan narahatdırlar: “Onu polisi döyməkdə günahlandırırlar. O həm də Bəhruzun meyitini morqda görüb. Biz onun barəsində narahatıq”, deyə adının çəkilməsini istəməyən bir sakin deyir.

67 YAŞLI AKSİYAÇI: "GEDİM, GÖRÜM 200 MANAT BORC TAPIRAMMI"

Hazırda Mingəçevirdə azı 15 nəfərinn həbsdə olduğu deyilir. Onlar sutkalıq cəza alıblar. Mingəçevir polis idarəsinin rəisi Ələsgər Bədəlov sualları növbətçi hissəyə, növbətçi hissə Baş Prokurorluğa yönəltdi. Baş Prokuroroluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov suallarımızı qeyd edib, bir saat sonra zəng vurmağımızı xahiş etsə də, daha sonra gün ərzində telefon zənglərimizə cavab verən olmadı.

67 yaşlı Mingəçevir sakini İlyas İbrahimov təqaüddə olan sürücüdür. O, aksiyadan sonra üç sutka həbs olunub. Bu, İbrahimovun ilk həbsidir: “Mənimlə normal rəftar olundu, hətta yəqin ki, yaşıma görə mənə hörmət edirdilər”.

İbrahimov iki yüz manat cərimə edilib: “Dedilər ki, pulu sabah axşama qədər tapıb verməliyəm”.

- Aylıq pensiyanız nə qədərdir?

- 153 manat.

- Necə ödəyəcəksiz bəs?

- Gedim görüm qohumlardan borc tapa bilirəmmi?

- Sizi niyə həbs etmişdilər, hansı qanunu pozmuşduz?

- Mən oğlanı öldürənlərin cəzalandırılmasını istəyirdim. Bəlkə də qanunu onda pozmuşam ki, polis deyəndə yolu boşaldın, yoldan çəkilməmişəm, bilmirəm.

2 AXCP ÜZVÜ DƏ...

Həsən Kərimov AzadlıqRadiosuna deyir ki, AXCP üzvü Emil Cəfərlinin qardaşı Pərvin Cəfərova və partiya üzvü Qara Allahverdiyevə avqustun 26-da 20 sutka həbs cəzası verilib: “Onlar aksiyada iştirak etməyiblər və onu təşkil etməyiblər, başqa Mingəçevir sakinləri kimi kənardan baxıblar. Bu, AXCP aksiyası olmayıb. Hakimiyyət yenə də AXCP –ni ləkələmək və bu işdə adını hallandırmaq istəyir”.

Mingəçevirdə etiraz aksiyası, arxiv fotosu, 21 avqust 2015
Mingəçevirdə etiraz aksiyası, arxiv fotosu, 21 avqust 2015

Avqustun 20-də Mingəçevir sakini 27 yaşlı Bəhruz Hacıyev polis bölməsinə aparılıb, az sonra ölüm xəbəri gəlib. Yaxınları onun meyiti üzərində zorakılıq izlərinin olduğunu iddia edib, buna etiraz olaraq avqustun 22-də etiraz aksiyası keçiriblər, polis aksiyanı dağıdıb. Avqustun 23-ə olan rəsmi məlumata görə, 21 nəfər həbs olunub, 10 nəfərin işi prokurorluğa göndərilib. Həmin tarixdən bu yana rəsmilərdən açıqlama almaq mümkün olmayıb.

http://www.azadliqradiosu.az/content/article/27206362.html

Hüquq müdafiəçisi Elçin Behbudov Mingəçevirə yollanıb, avqustun 26-ı axşam saatlarında ailələrlə görüşüb, onun hüquq-mühafizə orqanları ilə də görüşü gözlənilir.

XS
SM
MD
LG