Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:30

XİN: ‘Minsk Qrupu həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır’-yenilənib


ATƏT-in Minsk qrupunun həmsədrləri
ATƏT-in Minsk qrupunun həmsədrləri

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatı ilə bağlı Azərbaycan Xarici İşlər Naziriyinin (XİN) mətbuat katibi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında görüşünə dair təklifləri olub. XİN mətbuat katibi vurğulayıb ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir və substantiv danışıqlara hər zaman hazırdır:

“Azərbaycan tərəfi münaqişənin nəyicəyə yönəlik və intensiv danışıqlar yolu ilə həlli istiqamətində həmsədrlərin səylərini dəstəkləyir”

Mətbuat katibinin fikrincə, Minsk Qrupunun həmsədrlərinin bu açıqlaması Ermənistana verilən bir siqnaldır:

“Biz bunu alqışlayırıq. prezident İlham Əliyev Minsk Qrupunun həmsədrlərini qəbul edərkən ölkəmizin bu səpkidə mövqeyini həmsədrlərin diqqətinə çatdırmışdı. Münaqişənin həlli üzrə danışıqlar Ermənistan və Azərbaycan arasında aparılır. Danışıqların formatı dəyişilməz olaraq qalır. Ölkəmizin işğal edimiş ərazilərində yaradılmış qondarma rejimin danışıqlara cəlb edilməsi və formatın dəyişdirilməsi cəhdləri qəbuledilməzdir”.

Məthbuat katibi bildirib ki, həmsədrlərin açıqlamasında münaqişənin həlli ilə əlaqədar atılmalı addımlar da qeyd olunur:

“Burada ilkin addımlardan biri kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafındakı ərazilərin işğaldan azad edilməsi və bu ərazilərdən zor gücünə qovulmuş məcburi köçkünlərin geri qayıtması nəzərdə tutulur. Dağlıq Qarabağın statusuna gəldikdə isə bu, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən müzakirə mövzusu ola bilər. Azərbaycan bu xüsusda mövqeyini dəfələrlə açıqlayaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunu bu bölgənin hər iki icması – azərbaycanlı və erməni icması müəyyən etməlidir”
Azərbacan XİN-un mətbuat katibi qeyd edir ki, xalqların öz müqəddəratını təyin etmə prinisipi dövlətlərin ərazi bütövlüyü prinsipini pozmamalıdır:

“Həmsədrlərin bəyanatında da Helsinki Yekun Aktı əsas tutulur. Məhz bu sənəddə qeyd olunur ki, “xalqların öz müqəddəratını təyin etməsinə hər zaman BMT Nizamnaməsinin prinsip və məqsədləri, beynəlxalq hüququn müvafiq normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq hörmət edilir. Münaqişənin həlli üzrə aparılan danışıqlar prosesində maraqlı tərəflərə gəldikdə isə bu tərəflər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarıdır və bu icmalar bərabərhüquqludurlar”.

***

Həmsədrlər bəyanat veriblər

ATƏT-in Minsk qrupunun həmsədrləri prezident İlham Əliyev və baş nazir Nikol Pashinian-ın qarşıdan gələn görüşü ərəfəsində mətbuat üçün bəyanatla çıxış ediblər.

Bəyanatda xatırladılır ki, Minsk qrupu həmsədrləri martın 1-də verdikləri açıqlamada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Pashinian-ın tezliklə Minsk qrupu həmsədrlərinin iştirakilə görüşə hazır olmalarını alqışladıqlarını bildiriblər.

Bu da bildirilir ki, həmsədrlər – Rusiya Federasiyasından Igor Popov, Fransadan Stephane Visconti və ABŞ-dan Andrew Schofer - “liderlərin bu mühüm görüşünə” iki ölkənin xarici işlər nazirləri ilə birgə hazırlaşırlar.

Bəyanatda xatırladılır ki, bu, Azərbaycan və Ermənistan liderlərinin ilk birbaşa təması olacaq.

Həmsədrlər habelə “məhsuldar müzakirələrin” keçirilməsi üçün “müvafiq atmosferin saxlanmasının mühümlüyünü” vurğulayırlar.

Həmsdərlər cəbhə xəttində son vaxtlar yaranmış nisbi sakitliyi və ölüm hallarının olmamasını pozitiv qiymətləndirdiklərini bildirirlər. Onlar həmçinin iki ölkə əhalisinin sülhə hazırlanması istiqamətində ilk addımları alqışlayır və tərəfləri belə səyləri intensivləşdirməyə çağırırlar.

Bəyanatda deyilir ki, “eyni zamanda həmsədrlər gərginliklərin azaldılmasının və qızışdırıcı ritorikanın minimallaşdırılmasının mühümlüyünü bir daha vurğulayırlar”.

Həmsədrlər tərəfləri “guya situasiyanın əhəmiyyətli dərəcədə dəyişdiyini bildirən, habelə gələcək danışıqların nəticələri barədə indidən hökm verən, qarşı tərəflə razılaşma olmadan formatın birtərəfli dəyişdirilməsini tələb edən və ya döyüş əməliyyatlarının bərpasına hazırlıq bildirən bəyanat və hərəkətlərdən çəkinməyə” çağırırlar.

ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında deyilir ki, onlar son zamanlarda Minsk qrupu prosesi barədə verilmiş bəzi ziddiyyətli bəyanatları nəzərə alaraq bir daha vurğulayırlar ki, ədalətli və davamlı tənzimləmə yalnız Helsinki Yekun Aktının əsas prinsipləri bazasında ola bilər.

Bunlar gücdən istifadə edilməməsi, ərazi bütövlüyü, habelə bərabər hüquqlar və xalqların öz müqəddəratını müəyyən etmək hüququdur.

Həmsədrlərin bəyanatına görə bura həm də iki ölkə prezidentləri tərəfindən 2009-2012-ci illərdə təklif olunmuş əlavə elementlər də daxildir: Dağlıq Qarabağın ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağın hüquqi cəhətdən icbari iradə ifadəsi vasitəsilə gələcək yekun statusunun müəyyənləşdirilməsi, bütün müvəqqəti köçkün və qaçqınların öz keçmiş yaşayış yerlərinə qayıtması və sülhməramlı əməliyyat da daxil beynəlxalq təhlükəsizlik qarantiyasının verilməsi.

Həmsədrlər vurğulayırlar ki, onların nəzərində bu prinsip və elementlər münaqişənin hər hansı davamlı həllinin əsasını təşkil etməli və bütöv bir tam kimi qavranmalıdır:

“Bəzi prinsip və elementləri başqa prinsip və elementlərdən üstün qoymaq məqsədilə edilən hər hansı cəhdlər balanslı həllin əldə olunmasını mümkünsüz edir”.

Qarabağda münaqişənin sülh yolu ilə həlli imkanları hələ də qalırmı?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

​Bəyanatda bu da bildirilir ki, həmsədrlər tərəflər arasında etimadın qurulması və sülh prosesinin irəlilədilməsində zəruri element olaraq qalırlar.

Həmsdərlər bunu da əlavə edirlər ki, onlar habelə münaqişədən bilavasitə təsirlənmiş maraqlı tərəflərlə müvafiq məsələləri müzakirə edəcəklər və onların baxış və narahatlıqlarını nəzərə alacaqlar.

Xatırlatma

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədr dövlətləridir.

XS
SM
MD
LG