Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:52

Minskdə Rusiya ilə inteqrasiya əleyhinə aksiya keçirilir


Minsk, 7 dekabr 2019 
Minsk, 7 dekabr 2019 

Belarusun paytaxtı Minskdə ölkənin Rusiya ilə inteqrasiyasına etiraz olaraq razılaşdırılmamış aksiya keçirilir. Bu barədə AzadlıqRadiosunun Belarus xidməti məlumat yayıb.

Bir neçə yüz adamın Müstəqillik prospekti ilə Oktyabr meydanına doğru irəlilədiyi vurğulanır. Onların arasında əllərində Belarusun keçmiş ağ-qırmızı-ağ bayrağını tutan şəxslər də var. 1995-ci ilə qədər dövlətin olan bu bayrağı indi millətçilər istifadə edir.

Xəbər verilir ki, milis icazəsiz aksiya ilə bağlı xəbərdarlıq etsə də hələki aksiyaya müdaxilə etməyib.

Minskdə aksiya
Minskdə aksiya

7 dekabrda Soçidə Rusiya prezidenti Vladimir Putinlə Belarus prezidenti Alexandr Lukashenkonun görüşü planlaşdırılıb.

Rusiya və Belarusiya Birlik Dövlətinin yaranmasının 20 illiyi ərəfəsində iki ölkə prezidentinin dərinləşən inteqrasiyasını müzakirə edəcəyi güman edilir.

Dekabrın 5-də Belarus parlamentində çıxış edən prezident Lukashenko, ölkəsinin Rusiyanın bir hissəsi olmayacağını açıqlayıb.

"Mən 3-4-5 il prezident işləyən uşaq deyiləm. Bu mənim üçün kifayət idi. İnsanlarımızla etdiyim hər şeyin üstündən xətt çəkmək istəmirəm: müstəqil bir suveren dövlət yaratdım ki, onu indi bir qutuya salım, atım və ya satım. Mənim dövrümdə bu heç vaxt olmayacaq "deyib.

Belarus, müxalifət nümayəndələri, 8 sentyabr 2017
Belarus, müxalifət nümayəndələri, 8 sentyabr 2017

XS
SM
MD
LG