Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:45

Avropadan sığınacaq istəyənlərin sayı kəskin azalıb


Avropa Qaçqınlara Dəstək Ofisinin iyunun 18-də açıqlanmış 2017-ci il üçün hesabatında deyilir ki, Avropa İttifaqının 28 ölkəsindən, habelə Norveç və İsveçrədən sığınacaq istəyənlərin sayı 2016-cı illə müqayisədə yarıbayarı azalıb.

2016-cı ildə beynəlxalq himayə üçün 1, 3 milyon ərizə verilmişdisə, 2017-ci ildə belə ərzilərin sayı 730 minə düşərək 44 faiz azalıb.

Başqa məlumatlara görə verilən ərizələrin sayı bu ilin 4 ayı ərzində ayda təxminən 50 min civarında sabitləşib.

Buna baxmayaraq bir sıra ölkələrin vətəndaşları Avropaya gələnlərin əksəriyyətini təşkil etməkdə davam edirlər.

Avropaya pənah gətirənlərin 15 faizini suriyalılar, hərəsi 7 faiz olmaqla əfqanlar və iraqlılar təşkil edirlər. Pakistanlıların payına 4, iranlıların payına isə 3 faiz düşür.

Qaçqınlar Belqrad yaxınlığındakı avtovağzalda
Qaçqınlar Belqrad yaxınlığındakı avtovağzalda

Bununla belə sığınacaq istəyən əfqanların sayı 2016-cı ildəki 190 mindən 2017-ci ildə 50 minə enib.

Avropa İttifaqı, Norveç və İsveçrədən sığınacaq istəyənlərin sayı 2016-cı ildə 42 min idisə, 2017-ci ildə 19 min olub.

Sığınacaq istəyən suriyalıların da sayı kəskin düşüb. 2016-cı ildə Avropa İttifaqından 342 min suriyalı sığınacaq istəmişdisə, 2017-ci ildə onların sayı 108 min olub.

Burası da var ki, əksər Avropa ölkələrinə vizasız səfər edə bilən gürcülər və venesuellalılar arasında Avropadan sığınacaq istəyənlərin sayı yüksəlib. 2016-cı ildə bu iki ölkədən müraciət edənlərin sayı 8800 nəfər idisə, 2017-ci ildə 12 min olub.

XS
SM
MD
LG