Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:37

Mirziyoevin də qızına vəzifə verildi


Saida Mirziyoeva
Saida Mirziyoeva

Özbəkistanın yeni prezidenti Shavkat Mirziyoevin böyük qızı dövlət xəbər və kommunikasiyalar agentliyi direktorunun müavini təyin edilib. Bu qurum ölkənin dövlət media tənzimləyicisi funksiyasını daşıyır.

Prezident administrasiyasının rəhbəri Zainilobiddin Nizomiddinov aprelin 12-də Daşkənddə keçirilən rəsmi yığıncaqda deyib ki, Saida Mirziyoeva “Özbəkistanın xaricdə yaxşı imicinin yaradılmasına” və “dövlət idarələri mətbuat xidmətlərinin əlaqələndirilməsinə” cavabdeh olacaq.

Beləliklə, Özbəkistana yeni demokratiya ab-havası gətirdiyi deyilən Shavkat Mirziyoev də övladlarına bir qayda olaraq yüksək hökumət və dövlət postları verən Mərkəzi Asiya rəhbərlərinin sırasına qoşulub.

Ötən ay Qazaxıstan prezidenti Nursultan Nazarbayevin böyük qızı Darigha Nazarbaeva parlamentin yuxarı palatası – senatın spikeri seçilib.

Mirziyoyevadan əvvəl bu vəzifəni tutan qadın məcburi məzuniyyətə çıxmışdı, beləki o sosial mediada çoxarvadlılıq və Məhəmməd peyğəmbər haqqında post yazdıqdan sonra ölümlə hədələnmişdi.

Bu da bildirilir ki, prezident Mirziyoev Mətbuat və İnformasiya Agentliyini bu ilin fevralında yaradıb.

Prezidnetin iki qızı və bir oğlu var.

Mirziyoevin kiçik qızı Məktəbəqədər Təhsil Nazirliyində orta vəzifələrdən birini tutur.

Mirziyoevin kiçik qızı Shakhnoza Məktəbəqədər Təhsil Nazirliyində orta vəzifələrdən birini tutur
Mirziyoevin kiçik qızı Shakhnoza Məktəbəqədər Təhsil Nazirliyində orta vəzifələrdən birini tutur

Prezidentin yeganə oğlu azyaşlıdır.

Mirzioyev əhalisi 32 milyonluq Özbəkistanda 2016-cı ildə avtoritar lider Islam Karimovun ölümündən sonra prezident seçilib.

İslam Karimovun böyük qızı Gulnara Karimova bu yaxınlarda ev məhbusluğundan həbsxanaya keçirilib.

Mirziyoevin böyük kürəkəni Oybek Tursunov prezident administrasiyası rəhbərinin müavinidir.

Kiçik kürəkən Otabek Shakhanov isə prezident təhlükəsizlik xidmətinin rəisidir.

XS
SM
MD
LG