Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:24

Prezident təhlükəsizlik orqanının adını dəyişdi


Shavkat Mirziyoyev
Shavkat Mirziyoyev

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin milli təhlükəsizlik xidmətinin adını dəyişib. Müşahidəçilər bu aktı keçmiş sovet DTK-sının xələfi sayılan bu təşkilatda aparılan ciddi dəyişikliklərin bir hissəsi kimi qiymətləndirirlər.

Mirziyoyevin martın 14-də imzaladığı fərmana görəmilli-təhlükəsizlik xidməti - Milliy Xavfsizlik Xizmati (MXX) bundan sonra dövlət təhlükəsizliyi xidməti - Davlat Xavfsizlik Xizmati (DXX) adlanacaq.

Fərmanda bu da vurğulanır ki, dövlət təhlükəsizlik xidmətinin funksiyalarından biri də “özbək vətəndaşların hüquq və azadlıqlarının qorunması” olacaq.

Dövlət Təhlükəsizliyi Xidməti habelə “mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrora qarşı mübarizə aparacaq, Özbəkistanın sərhəd qoşunlarına nəzarət edəcək”.

Özbəkistanın yeni prezidenti Şavkat Mirziyoyev bu posta gələndən bəri dövlət strukturlarında, xüsusilə də hüquq-mühafizə orqanlarında islahatlara başlayıb.

Mirziyoyev ölkənin xüsusi xidmətlərini 1937-1938-ci illərdə kütləvi repressiyalar aparmış sovet NKVD-sinə bənzətmişdi.

Ötən yanvar ayında Mirziyoyev 23 il xüsusi xidmətlərə rəhbərlik etmiş Rustom İnoyatovu vəzifəsindən kənarlaşdırıb.

O vaxtdan bəri bir çox təhlükəsizlik zabitləri ya vəzifələrindən çıxarılıb, ya da həbs olunub.

XS
SM
MD
LG