Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:08

ABŞ Azərbaycan doğumlu Slovakiya vətəndaşı Mkrtıçevin şirkətlərinə sanksiya qoyub


Pxenyanda hərbi parad
Pxenyanda hərbi parad

ABŞ-ın Maliyyə Nazirliyi Rusiya, Qazaxıstan və Slovakiyadan olan üç şirkəti sanksiya siyahısına daxil edib.

Buna səbəb bu şirkətlərin Şimali Koreya ilə bağlarıdır.

ABŞ hesab edir ki, sözü gedən şirkətlər Rusiya və Şimali Koreya arasında silah təchizatı ilə bağlı sövdələşməyə kömək ediblər.

Siyahıya düşən şirkətlər Rusiyanın Verus MMC, Qazaxıstanın Defence Engineering və Slovakiyanın Versor firmalarıdır.

Bu şirkətlərin üçünün də sahibi Slovakya biznesmeni Aşot Mkrtıçevdir.

Şimali Koreyadan Rusiyaya silahlar

ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Mkrtıçev öz şirkətləri vasitəsilə Rusiya nümayəndələri ilə Şimali Koreyadan Rusiyaya 20 çeşiddə silahların gətirilməsinə dair danışıqlar aparmaqla Birləşmiş Ştatların Pxenyana qoyduğu sanksiyaları pozub.

Bu da qeyd olunur ki, Aşot Mkrtıçev Azərbaycanda doğulub və Slovakiya vətəndaşıdır.

ABŞ onu bu ilin martından özünün sanksiya siyahısına daxil edib.

ABŞ maliyyə nazirinin müavini Brayan Nelson deyib ki, Birləşmiş Ştatlar Şimali Koreya silahlarını Rusiyaya çatdıran qanunsuz şəbəkələrin ifşasını bundan sonra da davam etdirəcək.

Qazaxıstandan bəyanat

Bu arada Qazaxıstan bildirib ki, Defence Engineering adlı şirkət artıq iki ildir fəaliyyətini dayandırıb.

Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyinin avqustun 17-də verdiyi bəyanatda deyilir ki, Defense Engineering şirkətinin fəaliyyəti 2021-ci ilin 14 fevralından dayandırılıb və şirkətin ABŞ sanksiya siyahısına salınması “sırf texniki” məsələdir:

"Qazaxıstanın Sənaye və İnfrastruktur Nazirliyinin məlumatına görə adı çəkilən şirkətə mal daşımaları üçün lisenziya verilməmişdi. Biz hesab edirik ki, bu şirkətin adının sanksiya siyahısına salınması onun sahibi Aşot Mkrtıçevə qoyulmuş sanksiyaya görədir”.

Nazirlik əlavə edib ki, Mkrtıçev Qazaxıstan sakini deyil.

Xəbər verilir ki, Mkrtıçev Şimali Koreya silahlarının Rusiyaya gətirilməsi üçün danışıqları Versor şirkəti vasitəsilə aparıb.

XS
SM
MD
LG