Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 04:29

Ermənistan XİN-in rəsmisi: 'Razılaşma elan edilib, detallarını aça bilmərik'


Ermənistan xarici işlər nazirinin  müavini Mnatsakan Safaryan
Ermənistan xarici işlər nazirinin  müavini Mnatsakan Safaryan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistan iqtidarı Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin məlum bəyanatından sonra hələ də Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etdiyini dilə gətirməyib, amma rəsmi Yerevan bu bəyanatı təkzib də etməyib.

Avropa Şurasının sədri ötən bazar Brüsseldə keçirilən danışıqlardan sonra bəyan etmişdi ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünün tanınmasına sadiqliklərini təsdiq ediblər.

Bu dəfəki bəyanatında Mişel ərazi barədə açıq və konkret danışıb.

Bəyanatda Ermənistan ərazisinin 29 min 800 kvadrat kilometr, Azərbaycan ərazisinin isə 86 min 600 kvadrat kilometr olduğu xüsusi vurğunıb.

Azatutyun yazır ki, 86 min 600 kvadrat kilometr Azərbaycan SSR-nin ərazisidir və bura Qarabağ da daxildir.

Status yox, hüquq və təhlükəsizlik

Azatutyun bildirir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan “bu Qarabağın statusu və öz müqəddəratını təyinetmə hüququnun müzakirə mövzusu olmadığı anlamına gəlirmi” sualına cavab olaraq deyib:

“Danışıqlar Dağlıq Qarabağın hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq mexanizmin yaradılması barədə aparılır”.

“Belə bir beynəlxalq qarantiyanı hansı ölkə verə bilər” sualının cavabında Safaryan deyib ki, bu məsələ də danışıqlarda müzakirə olunur.

Onun sözlərinə görə bir neçə variantlar var və bu məsələdə qarant ölkə də ola bilər, BMT Təhlükəsizlik Şurası da.

Mnatsakan Safaryan bir daha cavabını dəqiqləşdirib:

“Danışıqlar Qarabağın hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmi çərçivəsində aparılır”.

“Ərazi bütövlüyü həmişə tanınıb”

Azatuyunun Azərbaycanın ərazi bütövlüynün tanınması barədə sualına cavab olaraq nazir müavini deyib:

“Bildiyiniz kimi ərazi bütövlüyü həmişə tanınıb. Burada çətin ki, nəsə bir yenilik tapılsın. Hazırda danışıqlar Dağlıq Qarabağ xalqının hüquq və təhlükəsizliyinin beynəlxalq mexanizmləri çərçivəsində aparılır”.

Azatutyun yazır ki, Paşinyan-Əliyev danışıqlarından sonra Azərbaycan qüvvələrinin Ermənistan ərazisindən çıxarılması, əsirlərin qaytarılması məsələlərinə aydınlıq gətirilməyib. Safaryan bu barədə bildirib:

“Hələ ki, bu barədə danışmaq tezdir. Razılaşma barədə yenicə bəyanat verilib. Detalları barədə məlumat verə bilmərik”.

Mnatsakan Safaryanın sözlərinə görə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə sülh müqaviləsinin layihəsi müzakirə olunacaq.

Xankəndidə mitinq oldu: Şuşanın işğalında iştirak etmiş Babayan vəzifə istəyir
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Xatırlatma

Avropa Şurasının sədri Şarl Mişel mayın 14-də mediaya bildirib ki, liderlər iki ölkənin ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq ediblər və sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq.

Mişel tərəflərin regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlik müzakirələrində aydın irəliləyişin əldə edildiyini vurğulayıb.

Bu həftə iki ölkənin xarici işlər nazirləri Moskvada görüşməlidir. İyunun əvvəlində və iyulda isə liderlərin Kişinyovda, daha sonra Brüsseldə bir araya gələcəyi gözlənilir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb.

XS
SM
MD
LG