Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:51

İşadamı mobil telefonların bahalaşacağını güman edir


Rüsumun 36 faiz olacağı gözlənir.
Rüsumun 36 faiz olacağı gözlənir.

Fevralın 15-dən etibarən Azərbaycana şəxsi istifadə üçün gətirilən mobil telefonlardan yeni gömrük rüsumu tutulacağı bildirilir. Üstəlik, gömrük orqanı telefonun qeydiyyatını aparmalıdır.

Gömrükdən izah…

Dövlət Gömrük Komitəsindən (DGK) "Turan"a bildirilib ki, Nazirlər Kabinetinin 2013-cü il oktyabrın 14-də verdiyi qərara əlavəyə əsasən, xaricdən gətirilən mobil telefon cihazları mütləq şəkildə gömrük orqanına bəyan edilməlidir: "Bu müddəa qanunvericilikdə hər zaman olsa da, bir çox şəxslər buna əməl etməyib. Bu səbəbdən də bu halların qarşısı alınacaq".

Yeni gömrük qaydalarına qarşı internetdə kampaniya başlayıb
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

DGK-dan qeyd olunub ki, ölkəyə gətirilən mobil telefonların IMEI qeydiyyatı aparılarkən sadələşdirilmiş gömrük bəyannaməsinin verilməsi şərti yaranacaq.

Əlavə olunub ki, bəyannamə yazılı, yaxud elektron köşklər, eləcə də e.customs.gov.az portalı və ya "Smart Customs" mobil tətbiqi vasitəsilə elektron qaydada gömrük orqanına təqdim edilə bilər: "Gömrük sərhədindən keçirilən mobil telefonun bəyan edilməməsi isə, öz növbəsində, inzibati məsuliyyət yaradır".

Rüsumun ödənilmə qaydası…

Komitədən bildirilib ki, dəyərindən asılı olmayaraq ölkəyə gətirilən bütün mobil cihazlar gömrük orqanlarda bəyan edilməlidir: "Vətəndaşın özü ilə gətirilən telefonun dəyəri 800 dollardan, onlayn sifariş vasitəsilə isə ölkəyə gətirilən mobil telefonun dəyəri 300 dollardan artıq olduqda gömrük rüsumu ödənilməlidir. Rüsum yalnız məbləğin artıq hissəsindən ödənilir. Yəni, vətəndaş özü ilə dəyəri 900 dollar telefonu gətirirsə, 800 dollar çıxılır və rüsum yalnız yerdə qalan 100 dollardan ödənilir".

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən də bildirilib ki, fevralın 15-dən fiziki şəxslərin ölkəyə şəxsi istifadə məqsədilə gətirdiyi və gömrük orqanlarında bəyan edilməyən mobil telefonların IMEI nömrəsi qeydiyyata alınmayacaq.

Rüsumun 36 faiz olacağı gözlənir.

N.Bəydəmirli
N.Bəydəmirli

"Monopolist şirkətlərin maraqlarına xidmət edir"

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, bu qərar birmənalı olaraq monopolist şirkətlərin maraqlarına xidmət edir: "Elektron ticarət zamanı vergisiz alış-veriş məbləğinin 300 dollara salınması da bu məqsədlər üçündür. Bütün bunlar vətəndaşa deyil, monopolist şirkətlərə xidmət edir".

Onun sözlərinə görə, bu, izah ediləsi durum deyil: "Adətən hökumətin atdığı addımlar, məcburən rüsumların, ödənişlərin vətəndaşlardan toplanması onların vəziyyətinin daha da pisləşməsinə gətirib çıxarır. Azərbaycanda süni qiymət artımını yaradan elə dövlət qurumlardır".

İqtisadçının fikrincə, sözügedən qərardan sonra ölkədə mobil telefonların qiyməti bahalaşacaq.

XS
SM
MD
LG