Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:44

Prezidentin açdığı xəstəxanalar ağır xəstələr üçün niyə yaramır? (VIDEO)


İlham Əliyev yeni xəstəxanalar açır, amma koronavirus xəstələrinə yer tapılmır
Gözlə

No media source currently available

0:00 0:13:22 0:00

İlham Əliyev yeni xəstəxanalar açır, amma koronavirus xəstələrinə yer tapılmır

Azərbaycanda dalbadal modul tipli xəstəxanaların istifadəyə verilməsinə baxmayaraq həkimlər yenə də ölkədə xəstəxana çatışmazlığından şikayət edirlər.

Dünən, iyunun 24-də prezident İlham Əliyev Gəncədə daha bir modul tipli infeksion xəstəliklər xəstəxanasının açılışında iştirak edib. Bu, ölkədə istifadəyə verilən 5-ci modul tipli xəstəxanadır.

İctimai fəal, uroloq həkim Vasif İsmayıl deyir ki, bu xəstəxanalar ağır xəstələri müalicə edə bilmir:

“Ağır xəstə qəbul edə bilmirlər. Modulun xüsusiyyəti belədir. Ağır xəstələri müalicə etmək üçün xüsusi şərait lazımdır. Bunu modul xəstəxanalarda yarada bilməzsiz. Bu, prinsipcə mümkün deyil. Bu xəstəxanalarda xəstənin nə vaxt ağırlaşacağı monitorinq olunur, ümumi vəziyyəti yaxşılaşdırılır. Azərbaycanın bugün ağır şikayətləri olan koronavirus xəstələri üçün bütün vahidlərin hamısı doludur. Hətta növbə var”.

Azərtac dövlət informasiya agentliyinin iyunun 24-də dərc olunmuş xəbərində deyilir ki, Gəncədəki yeni tipli xəstəxananın daha ağır simptomları olan xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz olunması istiqamətində işlər görülür. Bu xəstəxana 200 çarpayıdan ibarətdir.

Prezident İlham Əliyev öz çıxışında modul tipli xəstəxanaların tikilməsini uğur kimi qiymətləndirib:

“Eyni zamanda, yəqin ki, xatırlayırsınız, aprel ayında xəstələnənlərin və sağalanların arasında fərq müsbət idi. Daha çox insan sağalırdı, nəinki xəstələnirdi. Amma buna baxmayaraq, hesab etdik ki, əlavə çarpayıların əldə edilməsi də faydalı ola bilər. Həyat göstərdi ki, bu nə qədər düzgün qərar idi. Çünki bugün xəstələrin sayı artır və beləliklə, bizə yeni çarpayılar lazımdır”.

Prezident Əliyev deyib ki, ümumilikdə 10 belə xəstəxana istifadəyə veriləcək, bu da əlavə 2 min çarpayı yeridir.

Vətəndaş xəstəxananı bu hallarda məhkəməyə verə və uda bilər...
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

“Bu yükü modul xəstəxanaları da qaldıra bilməyəcək”

Uroloq Vasif İsmayıl isə deyir ki, koronavirus xəstələri elə sürətlə artır ki, modul xəstəxanalar da bu yükü qaldıra bilməyəcək:

“Bir günə dolur modul tipli xəstəxana. Vəziyyət ona görə çətindir. Modul xəstəxanalar bir az yükü azaltmağa xidmət edir, amma həll yolu gündəlik yoluxanların və ümumi xəstə sayının azaldılmasıdır. Başqa çarə yoxdur”.

Azərbaycanda koronavirusa yoluxanların sayı artan xətlə davam edir. Artıq başqa xəstəlikləri olan şəxslər xəstəxanalara qəbul edilmədilərindən tez-tez şikayət edirlər.

Bu ilin martında, karantin başlayanda ölkə üzrə 21 xəstəxana koronavirusa ayrılmışdı. Sonradan daha bir neçə böyük xəstəxana, o cümlədən Bakıda Semaşko kimi tanınan xəstəxana tamamilə koronavirsa yoluxmuş xəstələrin müalicəsinə ayrılıb.

XS
SM
MD
LG