Moskva və Kiyev Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya nəqli barədə ilkin razılaşma əldə ediblər, lakin sazişin imzalanması üçün çox az vaxt qalır.
Rusiya və Ukrayna arasında hazırkı qaz tranziti sazişinin müddəti bu ilin sonunda bitir və iki ölkə arasında münasibətlər Krımın Moskva tərəfindən 2014-cü ildə ilhaqından bəri gərgin olaraq qalır.
Dekabrın 20-də Rusiyanın qaz nəhəngi Gazprom-un sözçüsü bəyan edib ki, Rusiya və Ukrayna tərəfləri anlaşma memorandumu imzalayıblar.
Bəyanatda razılaşmanın detallarına toxunulmayıb.
Rusiyanın RIA Novosti agentliyi Rusiya baş nazirinin müavini Dmitry Kozaka və enerji naziri Aleksandr Novaka istinadən bildirib ki, söhbət beşillik sazişdən gedir və o bu ayın sonunadək imzalanmalıdır.
Ukrayna prezidentinin administrasiyası bu xəbəri Facebook səhifəsindəki postla təsdiq edib.
Bu da bildirilir ki, sazişin təfərrüatları dekabrın 21-də açıqlanacaq.
Bəzi mənbələrdən alınan məlumatlara görə Rusiya Ukraynaya 3 milyard dollar təzminat təklif edib, Kiyev isə işarə edib ki, Moskvaya qarşı 12 milyard dollarlıq məhkəmə iddiasını geri götürə bilər.
Gazprom Avropa İttifaqı qaz bazarının 36 faizinə sahibdir.
Ukrayna və Rusiya arasında qaz danışıqlarının vasitəçiliyini Avropa İttifaqı edir.