Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:27

Moskvaya dron hücumu olub


Moskva dron zərbəsindən sonra
Moskva dron zərbəsindən sonra

Ukraynanın ilhaq olunmuş Krım yarımadasına Rusiyanın təyin etdiyi rəsmi isə deyib ki, Ukrayna Cankoyda sursat deposuna dron zərbəsi endirib.

Sergey Aksyonovun sözlərinə görə, ərazidə bir yaşayış binasına da ziyan dəyib. O, “təhlükəsizlik səbəblərindən” ərazidə dəmiryolu və yol nəqliyyatının dayandırıldığını bildirib.

Moskva Krımı 2014-cü ildə ilhaq edib.

Rusiyanın Cankoyda hərbi aerodromu yerləşir. Ukrayna rəsmiləri çoxdan deyirdilər ki, bu şəhər və ətraf ərazilər Moskvanın Krımda ən böyük hərbi bazasına çevrilib.

Moskvada dron zərbəsindən dağıldığı deyilən bina
Moskvada dron zərbəsindən dağıldığı deyilən bina

Rusiya Müdafiə Nazirliyinin daha sonra yaydığı açıqlamaya görə, Ukrayna ötən gecə Krıma 17 dronla hücum etməyə çalışıb, hücumun qarşısı alınıb, itki olmayıb.

Dronlardan 11-nin antidron avadanlığı ilə dayandırıldıqdan sonra Qara Dənizə, üçünün Krım ərazisinə düşdüyü, üçünün havadan müdafiə sistemləri ilə məhv edildiyi bildirilib.

+++

İyulun 24-də səhər Moskvaya dron hücumu olduğu bildirilir. Məlumatı Rusiya paytaxtının meri Sergey Sobyanin açıqlayıb. Dronlardan biri Rusiya Müdafiə Nazirliyinin yaxınlığına düşüb. Nazirlik hücumun iki dronla gerçəkləşdirildiyini deyir, buna görə Ukrayna hərbçilərini ittiham edir.

Sobyanin Telegram kanalında yazıb ki, bazar ertəsi səhər şəhərə dron hücumları olub. “Bu gün səhər saat 4-də iki qeyri-yaşayış binasına dron hücumları qeydə alınıb. Ciddi dağıntı, tələfat yoxdur”, – o yazıb.

Telegram kanallarında yayılan videoda Moskvada çoxmərtəbəli binaların üstündə tüstü, həmçinin şəhərin üzərində uçan dron görünür.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna hərbçiləri “Moskva ərazisində obyektlərə” iki pilotsuz uçan aparatla zərbə endirməyə çalışıblar. Dronların vuruldu]u, zərbələrdən xəsarət alan olmadığı deyilir.

Ukrayna dron hücumları haqda şərh verməyib.

TASS agentliyi fövqəladə xidmətlərə istinadla dronlardan birinin Moskvadakı Lixaçev prospektində biznes-mərkəzinə düşdüyünü bildirir. Partlayış səsi eşidilib, ilkin informasiyaya görə, xəsarət alan olmayıb.

Müdafiə Nazirliyinin yaxınlığı

Daha öncə Telegram kanalların yaydığı xəbərə görə, dronlardan birinin qalıqları Müdafiə Nazirliyi binasının yaxınlığında, Komsomolski prospektində aşkarlanıb.

Hər iki prospektə nəqliyyatın hərəkəti dayandırılıb.

İyulun 4-də Rusiya hakimiyyəti Vnukovo-3 hökumət aeroportu yaxınlığında obyektlərə dron hücumları olduğunu bildirmişdi. Rusiya Müdafiə Nazirliyi “terror” hücumu olduğunu, dronların hamısının vurulduğunu deyirdi.

Moskvaya sonuncu böyük dron hücumu mayın 30-da baş verib: o zaman Rusiya paytaxtına 25 dronun hücum etdiyi, onların çoxunun vurulduğu açıqlanıb. Ancaq dronların ikisinin yaşayış binalarına düşdüyü, bəzi binalarda kiçik dağıntılar olduğu bildirilib.

XS
SM
MD
LG