Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:32

MTN generalının vəkilindən hakimlərə etiraz: 'Siz bu işə baxa bilməzsiniz'


A.İsmayılov
A.İsmayılov

Həbsdə olan MTN generalı, nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olmuş Sübahir Qurbanovun vəkili Adil İsmayılov müvəkkilinin işinə baxan hakimlərə etiraz edir.

S.Qurbanov, onun müavini olmuş Füzuli Əliyev, MTN-in Monitorinq Mərkəzinə rəhbərlik etmiş general Teymur Quliyev və daha dörd nəfərin şikayəti Bakı Apellyasiya Məhkəməsində Sahibxan Mirzəyevin sədrlik etdiyi, Faiq Qasımov və Elşad Şamayevdən ibarət hakimlər kollegiyasının icraatındadır. A.İsmayılov isə hesab edir ki, bu işə o məhkəmə tərkibi baxa bilməz.

Oktyabrın 28-də məhkəmədə etirazını əsaslandıran A.İsmayılov bildirib ki, digər MTN generalı Akif Çovdarov və daha üç nəfərin işinə də bu tərkib baxıb: «Bu işdə elə epizodlar var ki, Çovdarovgilin işində də keçirdi. Bu hakimlər Çovdarovgilin işiylə bağlı yekun qərar verməklə həm də həmin epizodlara münasibət bildiriblər. O epizodlara artıq qiymət vermiş məhkəmə tərkibi bu işdə eyni məsələ üzrə necə fərqli nəticəyə gələ bilər?».

Vəkili narazı salan məqamlardan biri apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan, sübutlar araşdırılmadan baxılmasıdır. A.İsmayılov deyir ki, bu işdə elə məsələlər var, onlar araşdırılmadan ədalətli nəticəyə gəlmək mümkün deyil: «Məhkəmə isə apellyasiya şikayətinə istintaq aparılmadan baxılmasına qərar verdi».

Generalın vəkili əmlaklarla bağlı məsələyə də toxunub. Bildirib ki, ayrı-ayrı adamların mülkiyyətində olan əmlaklar Sübahir Qurbanovun əmlakı kimi təqdim olunaraq müsadirə edilib: «Əmlak sahibləri olan maraqlı şəxslər də Bakı Hərbi Məhkəməsinin hökmündən şikayət verib. Bu məhkəmə tərkibi Akif Çovdarovun işində əmlak sahibi olan maraqlı şəxslərin şikayətinə baxıb, lakin bu işdə maraqlı şəxslərin şikayəti ümumiyyətlə, qəbul edilmədi».

General da vəkilinin şikayətini müdafiə edib.

Məhkəmənin etirazla bağlı qərarı oktyabrın 30-da elan olunacaq.

Xatırlatma

Bakı Hərbi Məhkəməsinin hökmüylə ilə bu iş üzrə təqsirləndirilən şəxslərdən Sübahir QurbanovFüzuli Əliyevin hər biri 14 il, Teymur Quliyev 12 il, Zaur MəmmədovNatiq Alıyevin hər biri 10 il 6 ay, Anar ŞirəliyevEşqin Əliyev isə 3 il azadlıqdan məhrum ediliblər.

Natəvan Mirvətovaya 5 il, onun idarəsinin əməkdaşı olmuş Fərhad AtayevElşad Əzizova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib.

Hökmdə sabiq MTN-çilərin özlərinə və yaxınlarına məxsus əmlakların müsadirəsi, onların rütbələrinin alınması məsələsi də əksini tapıb.

Azadlıqdan məhrumetmə cəzası alanlardan A.ŞirəliyevE.Əliyevin müddəti başa çatıb və onlar həbsdən buraxılıblar.

N.MürvətovaE.Əzizov hökmdən şikayət verməyib. E.Əliyev isə artıq azadlığa çıxdığına görə şikayətini geri götürüb.

Adları çəkilən sabiq MTN-çilər qanunsuz dinləmələr, hədə-qorxu ilə tələb etmə, rüşvət alma, qanunsuz azadlıqdan məhrum etmə və başqa əməllərdə ittiham olunurlar.

XS
SM
MD
LG