Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:54

Müharibə veteranının oglu: '74 il keçsə də həqiqət yerini tutmalıdır'


Əhməd Məmmədov, İkinci Dünya Müharibəsinin veteranı
Əhməd Məmmədov, İkinci Dünya Müharibəsinin veteranı

Astara rayonun Ərçivan qəsəbə sakini Fəxrəddin Məmmədovla razılaşdığımız kimi evlərində görüşdük. O deyir ki, 14 ildir atası vəfat edib, amma onunla bağlı bəzi məsələlərin həll edilməsini istəyir. F.Məmmədov müharibə veteranı olan atasının ölümündən sonra olsa belə, layiq olduğu qiymət almasını arzulayır:

“Dəfələrlə ölümlə üz-üzə gəlib, yaralanıb”

“Atam Əhməd Məmmədov 1941-1945-ci illərdə faşizimə qarşı döyüşlərdə iştirak edib, müharibə veteranı idi. Baş leytnant, tank rotasının komandiri olub. Dneprdən Berlinə qədər döyüş yolu keçib. Berlinin alınması ilə baxğlı medalı var. Çoxlu ordan və medallarla təltif olunub. Çoxli fəxri fərmanları var. Əsil döyüş yolu keçib. Dəfələrlə ölümlə üz-üzə gəlib, yaralanıb.Yenidən cəbhəyə qayıdıb.Vətənə qayıdandan sonra ali təhsil alıb, müəllim işləyib.1995-ci ildə dünyadan köçüb. Atam müharibədən az danışardı. Həmin dəhşətli illəri yaddan çıxartmaq istəyirdi. Həmişə deyərdi ki, müharibə insan tanımır. Atam hər dəfə müharibə ilə bağlı filimlərə baxanda ağlayardı...”

​“Həqiqət öz yerini tutmalıdır”

Fəxrəddin Məmmədov
Fəxrəddin Məmmədov

Fəxrəddin Məmmədovun iddasına görə atası Sovet İttifaqı Qəhrəmanı adına layıq olub:

“Nə səbəbdənsə bu adı ona verməyiblər. Sovet İttifaqı Qəhrəmanı adını almaq üçün sənədlər də hazırlanıb. O vaxtları bu barədə danışmaq qorxulu idi. Atamın keçdiyi döyüş yolu onun Sovet İttifaqı Qəhrəmanı adına layıq olduğunu göstərir. Sənədlər toplanıb. Hərbi ekspertlərlə məsləhətləşmişik. Mən belə hesab edirəm ki, həqiqət öz yerini tutmalıdır. Müharibənin qurtarmasından 74 il keçsə də həqiqət yerini tutmalıdır.”

O masanın üstünə düzüdüyü, atasına aid sənədləri göstərib deyir ki, müharibə dövründə hazırlanıb:

“Heç kimdə şüphə doğurmasın deyə, bir faktı söyləmək istəyirəm. Atama ikinci dərəcli orden verərkən onunla bağlı tərtib olunmuş sənədlər bizdədir. Orda yazılır ki, 1941-ci ilin yanavrında Dinepr çayının ətrafında gedən döyüşlərdə tank komandiri Əhməd Məmmədov Almaniya qoşunlarının toplarını məhv edib...Başqa xidmətləri olub. Bu cəmi bir döyüşdə baş verib...”

​“Səfirlyə bildirmişəm ki...”

Əhməd Məmmədova verilən təşəkkürnamə, sənədi Marşal İvan Konevin imzalayıb
Əhməd Məmmədova verilən təşəkkürnamə, sənədi Marşal İvan Konevin imzalayıb

O bununla bağlı Rusiya Federasiyası və bu ölkənin Azərbaycandakı səfirliyinə davamlı şəkildə müraciət etdyini deyir:

“Bu yaxınlarda Rusiyanın Azərbaycandaki səfirlyinə müraciət etdim. Ordan bizi yolladılar rus mədəniyyət mərkəzinə. Səfirlyə bildirmişəm ki, atam Sovet İttifaqı Qəhrəmanı adına layiq bir şəxs olub. Sənədləri təqdim etmişəm.”

F. Məmmədovun sözlərinə görə, Birinci Dünya müharibəsinin veteranlarına göstərilən qayğı yüksək olmalıdır:

“1941-1945-ci il müharibəsində iştirak edənlərin sayı həddindən artıq azdır. İndi çox az adam qalıb. Onlar həm də uzunömürlü hesab olunurlar. Onlara yüksək səviyyədə qayğı olmalıdır. Sovet dövründə hər il qələbə günü (9 may) atamı müxtəlif yerlərə dəvət edərdilər. İstirahət, müalicə pulsuz idi. Müharibə veteranlarının bir çoxunun bu günə qədər gəlib çıxmaları məhz o dövrdə aldıqları müalicənin nəticəsidir. Azərbaycan müstəqillik əldə etdikdən sonra İkinci Dünya müahribəsinin veteranlarının bəzi imtiyazları ləğv olundu. Çətin iqtisadi vəziyyətə çoxu dözmədi, dünyasını dəyişdi. Mən bir fikrə də münsibətimi bildirmək istəyirəm. Bu müharibə alman xalqına qarşı olmayıb, faşizimə qarşı olub. Faşizim üzərində qələbədə ABŞ-ın da rolu az olmayıb.Bir vaxtlar ona qarşı mübarizə aparan rusiyanın özündə də bəzi dairələr arasında faşizim meyilləri hiss edilir...”

Onun sözlərinə görə müharibədə iştirak edənlərin heç də hamsı öz layıqlı mükafatını almayıb:

“Mənim atam da onlardan biridir. Atama Sovet İttifaqı Qəhrəmanı verilməsi istiqamətində mübarizəmi davam etdirəcəyəm. Məktublara hələ cavab yoxdur. Lazım olsa məhkəmlərə də müraciət olunacaq.”

Bu açıqlamaya, hələlik, Azərbaycan və Rusiyanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1941-1945-ci il müharibəsində SSRİ-nin tərkibində olan Azərbaycandan 600-minə qədər insanın iştirak edtiyi bildirilir. Onlardan təqribən 300 minin geri qayıtmadığı deyilir.

Mayın 9-u faşizim üzərində qələbə günü olaraq, dünyaının bir çox ölkələri kimi müstəqil Azərbaycanda da rəsmi qeyd edilir. Bu il aprelin 24-də prezident İlham Əliyev 1941-1945-ci il müharibəsinin Azərbaycandakı iştirakçıları haqqında sərəncam verib. Sərancama görə, müharibə iştirakçılarına birdəfəlik 1000 manat, onların dul arvadlarına isə 500 manat veriləcək. Hər il müharibə veteranlarına belə birdəfəlik yardımlar edilir.

XS
SM
MD
LG