Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:49

Müsavatın imza vərəqələri oğurlanıb


Sentyabrın 26-da Azərbaycanda hansı hadisə baş verəcək? Sorğu
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

Sentyabrın 26-da Azərbaycanda hansı hadisə baş verəcək? Sorğu

Müsavat Partiyasının referendumla bağlı təsis etdiyi «Respublika» təşəbbüs qrupunun üzvləri Cəlilabad şəhərində imza toplayarkən, naməlum şəxslərin təzyiqləri ilə üzləşdiklərini bildiriblər.

Onların deməsinə görə, naməlum şəxslər imza vərəqələrini əllərindən alıb qaçıblar. Hadisənin avqustun 14-də, şəhərin mərkəzində, rayon polis şöbəsinin yaxınlığında baş verdiyi bildirilir.

Təzyiqə məruz qaldığını deyən təşəbbüs qrupunun nümayəndəsi, Müsavat Partiyası Ali Məclisinin üzvü Əlipənah Rzalı:

«İMZA VƏRƏQƏLƏRİNİ ALIB QAÇDILAR»

«Mənim əlimdə 2 imza vərəqəsi var idi. Mərkəzi Seçki Komissiyasının möhür vurduğu vərəqələr. Biri dolu idi, biri də boş. Polis şöbəsinin qabağından keçib, şəhərin mərkəzinə, prokurorluğun qarşısına gedirdik. Akif müəllimlə bir yerdə idik. Sən demə, bizi güdürmüşlər. Qəzet bükmüşdüm vərəqələrə. Birdən biri dartıb aldı, qəzet qarışıq poçta tərəf qaçdılar. Haray-həşir etdim, tuta bilmədim. Maşın hazır durmuşdu, mindilər ona. Biz də maşına mindik, onları təqib etməyə başladıq. Bir saata yaxın təqib etdik, mümkün olmadı. Partiyadaşımız olan Hidayət İsmayılova zəng etdim. Məsələni başa saldım».

Buna da bax - M.Əliyev: 'Hakimiyyət referendum əleyhdarı istəmir'

Müsavat üzvü Hidayət İsmayılov da deyir ki, imza vərəqlərini götürüb qaçanların qarşısını minik maşını ilə kəsiblər: «Bildik ki, hansı istiqamətdə hərəkət edirlər. Qarşılarını kəsdik. Maşındakılar qaçdı, sürücü qaldı. Sürücünü maşınla birlikdə polis şöbəsinə aparıb təhvil verdik. Şikayət ərizəsi yazdıq. Bizdən də hadisə ilə bağlı izahat aldılar. İndi təhqiqat gedir. Tutulan adam bu tapşırığı icra hakimiyyəti aparatının məmurundan aldığını deyirdi. Ondan da izahat alıb sərbəst buraxdılar».

İCRA HAKİMİYYƏTİ: «AXI İMZA VƏRƏQƏLƏRİ BİZİM NƏYİMİZƏ LAZIMDIR?»

Cəlilabad Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Loğman Hüseynov isə imza vərəqələri oğrularını tanımadıqlarını bildirir. Onların ünvanına deyilənləri böhtan və qərəzli hesab edir: «Biz, referendum daxil olmaqla, heç bir seçkiyə müdaxilə etmirik. Axı imza vərəqələri bizim nəyimizə lazımdır? Müvafiq orqanlar yəqin araşdırıb cavabını verəcəklər».

Hadisə ilə bağlı məlumat almaqdan ötrü Cəlilabad Rayon Polis Şöbəsi ilə də əlaqə saxladıq. Ancaq polisə suallarımız cavabsız qaldı.

Buna da bax - Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişiklərlə bağlı referendum keçiriləcək. Təşviqat qruplarının qeydiyyatından ötrü tələb olunan 40 min imzanın toplandığı vərəqələrin təqdim edilməsi avqustun 22-də başa çatır. Hələlik, yalnız hakim Yeni Azərbaycan Partiyası imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG