Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:57
Müsavatçılar piketə cəhd edir
Gözlə

No media source currently available

0:00 0:08:12 0:00

Müsavatçılar piketə cəhd edir

Müsavatçılar piketə cəhd etdi. Başqanları saxlandı

10:44 12.11.2019

Müsavatçıların polisə aparıldığı deyilir

Müsavat Partiyasının bir neçə üzvünün polisə aparıldığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna bu gün, noyabrın 12-də partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı danışıb.

O bildirib ki, dünən, noyabrın 11-də saat 10:00-da Binəqədi rayon Polis İdarəsinə gedən başqan müavini Razim Əmiraslanlıdan hələ də xəbər yoxdur. Onun qeyd etməsinə görə, bu gün, noyabrın 12-də səhərdən partiyanın Siyəzən rayon təşkilatının sədri Mərdan Mehdili, Xətai rayon təşkilatının sədri Qəzənfər Baxışov, partiyanın Nərimanov rayon təşkilatının fəalı Valeh Hümmətoğlu evlərindən polis bölməsinə aparılıb: «Bir neçə dəqiqə əvvəl mənə zəng edərək, evindən partiya qərargahına yola düşdüyünü bildirən partiyanın mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin telefonuna zəng çatmır. Onun polis tərəfindən saxlanıldığını ehtimal edirəm».

G.Aslanlı bütün bunları onların bugünə nəzərdə tutduqları piketlə əlaqələndirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Müsavat Partiyası noyabrın 10-na mitinq təyin etmişdi. Amma Bakı Şəhər İcra Hakimiyyəti ilə aksiyanın yeri ilə bağlı razılaşma əldə edilmədiyindən mitinq təxirə salındı. Daha sonra partiya noyabrın 12-nə piket elan etdi. Amma bu aksiyanı şəhər rəhbərliyi məqsədəuyğun saymayıb. Müsavat Partiyası rəhbərliyi isə piket keçirməkdə israrlı olduqlarını bəyan edib.

Piketin sərbəst toplaşmaq azadlığı ilə bağlı keçiriləcəyi açıqlanıb.

Müsavat Partiyası rəhbərliyi son günlər üst-üstə təqribən 100-ə yaxın fəallarının polisə çağırıldığını açıqlayıb. Amma bu məlumatı Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb. Üstəlik, rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim dinc siyasi fəaliyyətinə və tənqidi mövqeyinə görə təzyiqlərlə üzləşmir.

XS
SM
MD
LG