Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:30

Müsavat həbsləri pisləyir


Müsavatın aksiyası. Foto arxiv
Müsavatın aksiyası. Foto arxiv

«Mövcud iqtidar hakimiyyəti bir ailənin əlində toplamaq, hüquqi bazanı möhkəmləndirmək məqsədilə tələm-tələsik, xalq qarşısında heç bir izahat işi aparmadan referendum keçirməyə hazırlaşır. Son günlər baş verən həbslər də bu fəaliyyətin tərkib hissəsidir».

Müsavat Partiyasının yaydığı bəyanatda belə deyilir.

«Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Məsud Rzalının 30 sutkalıq həbsi, AXCP sədri Əli Kərimlinin qohumu Elnur Seyidovun həbsxanada ölümlə təhdidi və REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsi hakimiyyətin referendum qabağı yeni repressiyalara start verdiyini təsdiqləyir. Müsavat Partiyası hakimiyyətin bu repressiya tədbirlərini qətiyyətlə pisləyir, bu özbaşınalıqlara son qoymasını, həbs edilənlərin dərhal azad olunmasını tələb edir», - sənəddə vurğulanır.

Partiya hesab edir ki, «repressiyalar referendum ərəfəsində ölkə əhalisində xof yaratmaq cəhdidir».

Buna da bax - Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Avqustun 12-də AXCP üzvü Məsud Rzalı inzibati qaydada həbs edilib. O, polisə müqavimətdə ittiham edilir. Bunun ardınca AXCP sədri Əli Kərimlinin həbsdəki qohumu Elnur Seyidovun ölümlə təhdid olunması barədə xəbərlər yayılıb.

Axşam saatlarında da müxalif REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli qanunsuz sahibkarlıq ittihamı ilə həbs edilib.

Ölkənin hakimiyyət dairələri yaşananlarla bağlı, hələlik, hər hansı açıqlama verməyiblər.

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG