Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:38

Müsavatın MSK-ya qarşı şikayəti təmin edilmədi


Referendum - 2009
Referendum - 2009

Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının «Respublika» təşəbbüs qrupunun qeydə alınmaması barədə Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından şikayətə baxıb. Şikayət təmin edilməyib.

Bu barədə Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının sədri Gülağa Aslanlı bildirib.

MSK «Respublika» təşviqat qrupunun müdafiəsinə verilmiş 41 min 128 seçici imzasının 3 min 600-nün etibarsız olması barədə qərar çıxarıb.

Müsavat Partiyası MSK-nın qərarını «siyasi qərar» adlandırıb.

Buna da bax-Arif Hacılı: 'Zaman gələcək, cavab verəcəklər'

«Müsavat Partiyası apellyasiya şikayətində göstərib ki, Seçki Məcəlləsinə görə, təşəbbüs qrupunun məsələsi gündəliyə çıxarılmamışdan 24 saat öncə imzaları yoxlayan işçi qrupun protokolu təqdim edilməlidir. Protokolda düzgün olmayan imzaların sırası və səbəbləri göstərilməlidir. Bu protokol təqdim olunmayıb. Məhkəmədə təşəbbüs irəli sürdük ki, imzalar yoxlanılsın. Bir çox imzalarda seçicinin şəxsiyyət vəsiqəsinin verilmə tarixinin düzgün yazılmaması göstərilib. Biz məhkəmədən xahiş etdik ki, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surətini məhkəməyə təqdim etmək üçün vaxt verilsin. Məhkəmə əks dəlil gətirmədən şikayətin təmin olunmaması barədə qərar qəbul etdi», - G.Aslanlı bildirib.

Müsavat Partiyası Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

MSK referendumla əlaqədar cəmi 3 təşviqat qrupunu qeydiyyata alıb. Bunların biri hakim Yeni Azərbaycan Partiyasının yaratdığı «Yeni Azərbaycan», digərləri isə «Bələdiyyə» və «Vətəndaş Cəmiyyəti» təşəbbüs qruplarıdır.

Həmin təşəbbüs qruplarının üçü də dəyişikliklərin lehinədir.

Buna da bax-Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Dəyişikliklərin əleyhinə olan siyasi qüvvələrdən Milli Şura referendumu elə əvvəlcədən boykot etmək qərarı verib.

REAL hərəkatı da avqustun 22-də prosesdən çəkildiyini elan edib. Hərəkat qərarını hökumətin basqıları ilə izah edib. REAL-ın icraçı katibi Natiq Cəfərli hazırda qanunsuz sahibkarlıq ittihamı ilə həbsdədir.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG