Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:10

Azərbaycanda Dövlət Müstəqilliyi günüdür


Azadlıq meydanında mitinq
Azadlıq meydanında mitinq

Oktyabrın 18-i Azərbaycanda Dövlət Müstəqilliyi Günüdür.

26 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Həmin il oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayır. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir.

Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar sessiyaya qatılmır.

Konstitusiya Aktında göstərilir ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir.

Azərbaycanın SSRİ-dən ayrılmasına qarşı çıxanlar kimlər idi
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır. Əhalinin 95 faizi bu referendumda iştirak edərək, ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir. Hərçənd, bundan 9 ay öncə Azərbaycanda da SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilmişdi .Yerli hakimiyyətin iddiasına görə, səsverməyə qatılanların çoxu SSRİ-nin saxlanmasına səs vermişdi. Həmin referendumu müxalifət qüvvəsi- Azərbaycan Xalq Cəbhəsi boykot etmişdi. Bu təşkilat referendumun nəticələrinin saxtalaşdırıldığını açıqlamışdı.

O dövrün müstəqil araşdırmaçılarının fikrincə, 1991-ci ilin avqustunda Moskvada dövlət çevrilişinə cəhd və bunun qarşısının alınmasından sonra isə bütün SSRİ-də fərqli mənzərə yaranmış, müstəqillik tərəfdarlarının mövqeləri güclənmişdi. Elə həmin hadisələrdən bir qədər sonra da Azərbaycan və bir sıra müttəfiq respublikada Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.

2006-cı il dekabrın 8-də Azərbaycan Milli Məclisi Əmək Məcəlləsinə dəyişiklik edir. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü kimi qalsa da, artıq istirahət günü kimi qeyd edilmir.

XS
SM
MD
LG