Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:39

Putini ‘qovmaq istəyən’ şamanı ruhi xəstəxanaya saldılar


Alexander Gabyshev
Alexander Gabyshev

Yakutiyada məhkəmə ötən il prezident Vladimir Putini Kremldən qovmaq üçün Moskvaya gedəcəyini deyən şaman Aleksandr Gabyshev-in məcburi qaydada psixiatrik xəstəxanaya yerləşdirilməsinə dair hökm verib.

Rusiya insan haqları fəallarından Aleksey Pryanishnikov AzadlıqRadiosuna deyib ki, məhkəmənin qərarına görə şaman respublika psixonevroloji dispanserində müalicə olunmalıdır.

Bu da xəbər verilir ki, şamanın məcburi qaydada müalicəsi üçün təşəbbüsü də dispanser qaldırıb.

Məhkəmə qərarında məcburi müalicənin hansı müddətə təyin olunduğu deyilmir.

Naməlum preparatlar

Gabyshev-in sağlamlığına dair arayışda deyilir ki, o “öz şəxsiyyətini ifrat qiymətləndirmədən əziyyət çəkir” və həm də “qanuni seçkili hakimiyyətin devrilməsinə” çağırıb.

Gabyshev artıq mayın 12-dən 29-dək ruhi xəstəxanada müalicə alıb.

O vaxt şamanı ora polis əməkdaşları gətirmişdilər. Vəkilləri bildirirdilər ki, Gabyshev-ə naməlum preparatlar verilir.

Mayın sonlarında psixonevroloji dispanserin tibbi komissiyasının verdiyi arayışda deyilirdi ki, Aleksandr Gabyshev özü və ətrafındakılar üçün təhlükə təşkil edir.

Bundan əvvəl şaman baş həkimin adına yazdığı ərazidə müalicəni davam etdirmək istəmədiyini bildirmişdi.

Vicdan məhbusu

Aleksandr Gabyshev 2019-cu ilin martındaMoskvaya Kremldə “Putinin qovulması ayinini” icra etməyə getdiyini bildirmişdi.

2019-cu ilin oktyabr ayında Yakutskdakı psixiatrlar Gabyshev-in ruhi cəhətdən qeyri-sabit olduğunu demişdilər.

Lakin Gabyshev-in vəkilləri tərəfindən tutulmuş ekspertlər şamanın ruhi cəhətdən sağlam olduğunu və ruhi xəstəxanada müalicəyə ehtiyacı olmadığını bildirmişdilər.

Ötən dekabrda Gabyshev və iki tərəfdarı şaxtalı havada Moskvaya yürüşü bərpa etdiklərini bildirmişdilər.

Lakin onlar polis tərəfindən saxlanmış və evlərinə qaytarılmışdılar.

Amnesty International Gabyshev-i vicdan məhbusu elan edib və onun dərhal azad olunmasına çağırıb.

Avropa İnsan Haqları Məhkəməsi Gabyshev-in və onun iki tərəfdaşının şikayətlərini qeydiyyata götürüb.

XS
SM
MD
LG