Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:12

Məmurlar da məmur çoxluğunu tənqid edirsə...


Azərbaycanda məmurların sayı niyə çoxdur?
Gözlə

No media source currently available

0:00 0:14:49 0:00

Azərbaycanda məmurların sayı niyə çoxdur?

Azərbaycanda hər 345 nəfərə 1 dövlət qulluqçusu düşür. Statistika Komitəsinin 2019-cu ilin əvvəlinə olan məlumatına görə Azərbaycanda 29 min dövlət qulluqçusu var. Onların əksəriyyəti icra hakimiyyəti başçılarının müavinləri, müxtəlif şöbələrin müdirləri və onların müavinləri, sektor müdirləri, baş, böyük və aparıcı məsləhətçilərdir. Amma bu statistikaya Azərbaycandakı bütün məmurlar daxil deyil.

Real Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda ümumiyyətlə idarəetmə sistemi şişirdilib. Hökumət yığcam və effektiv deyil.

Prezident İlham Əliyev özü də bu problemi etiraf edir. İlham Əliyev bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında deyib ki, hökumətdə struktur islahatı gözlənilir:

“Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib. İndi dünyada əks proses gedir - idarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır”.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Azərbaycanda məmurların sayı- hansı qurumda daha çoxdur
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Məmurların ixtisarı məsələsi zaman-zaman parlement tribunasından da qaldırılır. 2016-cı ildə millət vəkili Qüdrət Həsənquliyev Nazirlər Kabinetində 30 faiz ixtisar aparılmasını təklif etmişdi. O bildirirdi ki, dövlət büdcəsinə qənaət etmək olar, ixtisardan əldə olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf etmək mümkündür.

Azərbaycanda 19 nazir, 60-dən çox nazir müavini var. Bundan başqa hər nazirlikdə onlarla şöbə, sektor, mərkəzlər də var. Hər şöbənin isə müdirləri və müdir müavinləri var.

İlham Əliyev bu ilin yanvarında bəzi dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə fərman verib.

Millət vəkili Zahid Oruc bu günlərdə rəhbəri olduğu Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi tədbirdə deyib ki, İlham Əliyevin qarşıya qoyduğu bu hədəfi uğurla icra edir:

“Dövlətin büdcə yükünü azaltmaq, əhalinin hər yüz min nəfərinə düşən məmur sayını Azərbaycanda da balanslaşdırmaq lazımdır. Olduqca önəmli məqamdır ki, bu sahədə islahatları dövlətin başçısının özü başladıb”.

Zahid Oruc 2018-ci il prezident seçkilərindən bəri aparılan kadr dəyişikliklərini bu sahədə islahatlara bir nümunə sayır.

Prezident aparatı varsa, böyük Nazirlər Kabinetinə nə ehtiyac?

Amma müxalif Real Partiyasının icra katibi Natiq Cəfərli deyir ki, hələki bu sahədə hər hansı bir irəliləyiş yoxdur. Onun sözlərinə görə, əskinə yeni qurumlar, müxtəlif agentliklər yaradılıb. Amma tam təhvil işləri getməyib. Məsələn, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - ASAN xidmətin səlahiyyətində olan bəzi işlər, parallel olaraq, başqa dövlət qurumlarının, nazirliklərin də funskiyasında qalır.

Natiq Cəfərli hesab edir ki, şişirdilmiş idarəetmə strukturu problemini aradan qaldırmağa ilk növbədə parallel strukturların ləğvindən başlamaq lazımdır:

“Məsələn, prezident administrasiyasında da aqrar siyasət şöbəsi var. Bir də bizim Kənd Təsərrüfatı Nazirliyimiz var. Bəs, aqrar sektor hansı işlə məşğuldur, kənd təsərrüfatı hansı işlə? Burada da paralellik aradan qaldırılmalıdır. Prezident Administrasiyası ümumi siyasi, inzibati idarəçiliyi reallaşdıran mərkəzə çevirilməlidir. Əslində bizim gözləntimiz qonşu Gürcüstanda olduğu kimi parlament respublikasına keçiddir. Bu zaman prezident aparatına ayrılan xərclərin də xeyli azalacağına şahid ola bilərik”.

Konstitusiyaya əsasən Azərbaycan prezident respublikasıdır. Yəni, İcra hakimiyyəti ona məxsusdur. Amma o biri yandan da ölkədə həm də başqa bir icra orqanı, parlament respublikalarında olduğu kimi baş nazir və aparatı var.

Prezident Administrasiyasında olan inzibati funksiyaların əksəriyyəti elə Nazirlər kabinetində də var. Bizimlə söhbət edən təhlilçilər adətən bu cür paralellərin aradan qaldırılması ilə daha kiçik və çevik dövlət aparatının formalaşdırılmalı olduğunu deyirlər.

XS
SM
MD
LG