Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 11:37

Nalbandian:"Həmsədrin bəyanatında təhlükəli heç nə yoxdur”


Edvard Nalbandian
Edvard Nalbandian

“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Richard Hoagland-ın bəyanatında Ermənistan tərəfi üçün təhlükəli heç nə yoxdur”.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Edward Nalbandian deyib.

Məlumata görə, Nalbandian deyib ki, amerikalı həmsədr yeni heç nə deməyib: “Əgər siz bütün əvvəlki bəyanatlara baxsanız eyni şeyi görəcəksiniz” Nalbandian deyib.

Bunun həmsədrin hansı bəyanatı ilə bağlı olması ilə bağlı suala gəldikdə isə Nalbandian deyib ki, Hoagland mandatının bitməsi ilə bağlı sadəcə müsahibə verib və yenidən bir sıra məsələlər barədə bəyanat verib.

Qeyd edək ki, ATƏT Minsk Qrupunun amerikalı həmsədri Richard Hoagland bu günlərdə Vaşinqtonda keçirdiyi dəyirmi masada Dağlıq Qarabağda «dayanıqlı razılıq» əldə olunmasından ötrü «Madrid prinsipləri»nə əsaslanan mühüm 6 elementdən danışıb.

Richard Hoagland
Richard Hoagland

Buna da bax:"ABŞ-dan Qarabağ probleminin həlli üçün 6 təklif"

O deyib ki, tərəflər regionun yekun statusunu danışıqlar yolu ilə müəyyən etməli və bu sahədə öhdəlik götürməlidirlər.

Hoagland bildirib ki, birinci, rəsmi Bakının nəzarətində olmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarındakı ərazilərə müvəqqəti status verilməlidir. Bu, minimum olaraq ərazinin təhlükəsizliyini və özünüidarəçiliyi təminat altına almağa imkan verə bilər.

İkinci element kimi Hoagland bildirib ki, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilər Azərbaycanın nəzarətinə qayıtmalı və Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən təhlükəsiz dəhliz olmalıdır. Amma bu dəhliz bütün Laçın ərazisini əhatə etməməlidir.

O deyib ki, sazişdə həmçinin, bütün məcburi köçkünlər və qaçqınların öz yerlərinə qayıtmaq hüququ təmin edilməlidir.

R.Hoagland qeyd edib ki, hər iki tərəfin etimadını qazanmış sülhməramlı missiyalar olmadan regionda uzunmüddətli sülh mümkün deyil.

Qeyd edək ki, Hoahland-I bu vəzifədə Andrew Schofer əvəz edəcək.

O, Vyanada beynəlxalq təşkilatlar yanında ABŞ-ın Missiyasında işləyib.

Buna da bax:"Həmsədrlər prezidentlərin görüşü üzərində işləyir"

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib. Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Buna da bax: "Prezident: 'Ermənistan həmsədrlərin fəaliyyətini pozmağa çalışır"

XS
SM
MD
LG