Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:06

NATO: Rusiya orta mənzilli yeni nüvə raketi yaradıb


NATO-nun baş katibi Jens Stoltenberg, 27 iyun, 2019, Brussels
NATO-nun baş katibi Jens Stoltenberg, 27 iyun, 2019, Brussels

NATO orta və qısa mənzilli raketlərin ləğvi ilə bağlı müqaviləni xilas etmək üçün Rusiyanı “son şansdan” istifadə etməyə çağırıb.

“Əks halda Moskva bunun nəticəsinə görə özü cavabdehlik daşıyacaq”, NATO-nun baş katibi Jens Stoltenberg deyib.

O qeyd edib ki, bu mqavilədən imtina, Avropa və bütün dünyanın təhlükəsizliyinə əngəl olacaq.

Stoltenberq xəbərdarlıq edib ki, Rusiya artıq orta mənzilli yeni nüvə raketi sistemi yaradıb və onu yerləşdirib də.

Amma NATO rəhbəri bu sistemin harda yerləşdirilməsinə aydınlıq gətirməyib.

Onun sözlərinə görə bu raketlərin əhatə dairəsi Berlin, Frankfurd və Münhenə qədərdir.

Orta və qısa mənzilli raketlərin ləğvi ilə bağlı müqavilədən ilk olaraq ilin əvvəllərində ABŞ çıxdı.

Prezident Donald Trump bildirdi ki, Rusiya müqavilənin şərtlərini pozur və qadağan olunmuş silahlar istehsal edir.

Buna misal kimi, Rusiyanın 9M729 qanadlı raketi göstərildi.

Amma Moskva ittihamları rədd edir.

Rusiya istehsalı olan 9M729 raketi, 23 yanvar, 2019
Rusiya istehsalı olan 9M729 raketi, 23 yanvar, 2019

Buna da bax:NATO Rusiyanın INF müqaviləsinə hələ də əməl etmədiyini bildirir

Rusiya da ABŞ-ın ardınca bu müqavilədən çıxdığını bəyan elədi və prezident Vladimir Putin iyulun 3-də onun dayandırılması ilə bağlı qanun imzaladı.

NATO avqustun əvvəllərində bəyan elədi ki, bu müqavilənin dayandırılmasından sonra mümkün cavab tədbirləri tətbiq edə bilər.

Amma burda, Avropada ABŞ raketləri yerləşdirilməsindən söhbət getmir.

Orta və qısa mənzilli raketlərin ləğvi ilə bağlı müqavilə 1987-ci ildə ABŞ və keçmiş SSSR-i arasında imzalanmışdı.

Həmin müqaviləyə əsasən, 500-5500 kilometrlik məsafəni qət edə bilən qanadlı və ballistic raketlər məhv edilmişdi.

XS
SM
MD
LG