Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:37

Navalnıya və yoldaşlarına yeni cinayət işi açılıb


Sağdan sola: Aleksey Navalnı, Lyubov Sobol və İvan Jdanov (Arxiv fotosu)
Sağdan sola: Aleksey Navalnı, Lyubov Sobol və İvan Jdanov (Arxiv fotosu)

stintaq Komitəsi bildirir ki, Aleksey Navalnı, Leonid Volkov və İvan Jdanov birlik yaratmaqda və ona rəhbərlik etməkdə günahlandırılırlar

Rusiya İstintaq Komitəsi müxalifətçi Aleksey Navalnıya qarşı daha bir cinayət işi qaldırıb.

O və bir neçə tərəfdarı ekstremist birliyi yaratmaqda ittiham edilirlər.

Bu ittiham maddəsi üzrə maksimum cəza 10 il müddətinə azadlıqdan məhrumetmədir.

İstintaq Komitəsi bildirir ki, Aleksey Navalnı, Leonid Volkovİvan Jdanov birlik yaratmaqda və ona rəhbərlik etməkdə günahlandırılırlar.

Lyubov Sobol, Vyaçeslav Gimadi, Ruslan Şaveddinov bu birliyin üzvü olmaqda ittiham edilirlər.

İvan Jdanov özünə qarşı yeni cinayət işini “açıq siyasi motivli” adlandırıb:

"Bu əksərən bizim informasiya maşınımız əleyhinə yönəlib. Bizim informasiya kanallarımızı bağlamaq, Apple və Googgle-a göstərmək istəyirlər ki, əgər siz bunların YouTube kanallarını bağlamasınız sizin əməkdaşlarınız barədə də cinayət işi açarıq”.

İttihamnamədə iddia olunur ki, Navalnı 2014-cü ildə ekstremist birliyi yaradıb, Volkov və Jdanov isə dərhal ona qoşulublar.

İstintaq Navalnının Antikorrpupsiya Fondunu məhz belə bir ekstremist birlik hesab edir.

Adı çəkilənlərin çoxu xaricdədir

İttihamnamədə deyilir ki, “ekstremist birliyin qanunazidd fəaliyyəti həm də dövlət hakimiyyət orqanlarını və onların apardıqları siyasətin gözdən salınmasına, regionlarda vəziyyətin sabitsizləşdirilməsinə, əhalidə etiraz əhvalının yaradılmasına” yönəldilib.

Bu da qeyd olunur ki, qadağan olunmuş informasiyanın yayılması üçün Navalnının şəxsi YouTube kanalından istifadə edilib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, İstintaq Komitəsinin adlarını çəkdiyi adamların əksəriyyəti Rusiya xaricindədir.

Aleksey Navalnı isə Vladimir vilayətindəki koloniyada cəza çəkir.

Dələduzluq ittihamı ilə məhkum edilmiş Navalnının cəza müddəti 2023-cü ildə bitir. İttihamnamədə adı çəkilən operator Pavel Zelenski də həbsxanadadır.

Navalnının tərəfdarları əmindirlər ki, onun hakimiyyət tərəfindən təqib olunması sırf siyasi fəaliyyəti ilə bağlıdır.

Bir çox nüfuzlu təşkilatlar Aleksey Navalnını siyasi məhbus kimi tanıdıqlarını bildiriblər.

Amnesty International insan haqları təşkilatı Navalbını “vicdan məhbusu” hesab edir.

XS
SM
MD
LG