Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:32

Navalny-ya etiraz aksiyalarının ərəfəsində 30 sutka həbs verildi


Aleksey Navalny
Aleksey Navalny

Rusiyanın xəbər agentlikləri bildirir ki, Moskva məhkəməsi müxalifət lideri Aleksey Navalny-a 30 günlük həbs cəzası verib. O etirazların təşkili haqqında qanunları pozmaqda ittiham olunur.

Avqustun 27-də Moskvanın Tverskoy rayon məhkəməsinin qərarı Navalny-nı gələn ay hökumətin pensiya islahatına qarşı təşkil olunacaq böyük etiraz aksiyasında iştirakdan məhrum edir.

Məhkəmənin qərarında deyilir ki, Navalny hakimiyyət orqanlarının icazə verməməsinə baxmayaraq ötən yanvarda Moskva küçələrində nümayiş təşkil etməklə etiraz haqqında qanunları pozub.

Moskvanı və Rusiyanın bir çox başqa şəhərlərini bürüyən həmin aksiyalarda Vladimir Putinin təkrar prezident seçilməsinə etiraz bildirilirdi.

Navalny-nın vəkilləri deyiblər ki, qərardan apellyasiya qaydasında şikayət veriləcək.

Avqustun 25-də evinin yaxınlığında həbs olunmuş Navalny deyib ki, hakimiyyətin əsas məqsədi Rusiya boyunca sentyabrın 9-a təyin edilmiş etiraz aksiyalarını pozmaqdır.

Putinin açıqsözlü rəqibi Navalny indiyədək bir çox izdihamlı etiraz aksiyaları təşkil edib, habelə Rusiya hakimiyyətini dərin korrupsiyada ittiham edən materiallar dərc edib.

O üzərindəki maliyyə cinayətləri ittihamı əsas gətirilərək ötən martda keçirilmiş prezident seçkisinə buraxılmayıb. Navalnı bildirib ki, həmin ittihamlar onun 18 mart seçkisində iştirakını önləmək üçün hakimiyyət tərəfindən qondarılıb.

Putin prezident seçkisində səslərin az qala 77 faizi ilə qalib elan olunub. Bu, onun bundan əvvəlki iki seçkidə qazandığı səslərdən xeyli çoxdur.

Hökumətin pensiya yaşını qaldırmaq barədə təklifi Rusiya boyunca insanların geniş narazılığına səbəb olub. Bu səbəbdən son həftələrdə Putinin populyarlıq reytinqi xeyli düşüb.

Hökumət 2034-cü ilədək qadınların penisya yaşını 63-ə, kişilərin pensiya yaşını isə 2028-ci ilədək 65-ə qaldırmağı planlaşdırır. Hazırda bu yaş qadınlar üçüç 55, kişilər üçün 60-dır.

XS
SM
MD
LG