Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:33

Dünyada neft bahalaşır, ölkədə hiss olunmur…


Dünya bazarında neft bahalaşırsa, Azərbaycanın neft gəlirləri niyə azalır?
Gözlə

No media source currently available

0:00 0:15:08 0:00

Dünya bazarında neft bahalaşırsa, Azərbaycanın neft gəlirləri niyə azalır?

Neftin bir barreli 70 dolları da keçsə də, təhlilçilər Azərbaycanda iqtisadi duruma bunun ciddi müsbət təsiri olmayacağını düşünürlər.

Dünya bazarlarında neftin bir barreli 70 dolları da keçsə də, təhlilçilər Azərbaycanda iqtisadi duruma bunun ciddi müsbət təsiri olmayacağını düşünürlər.

Dövlət Neft Fondunun məlumatına görə, bu ilin birinci rübündə mənfəət neftinin və qazının satışından təqribən 1.7 milyard manat əldə edilib. Amma keçən ilin birinci rübündə Fondun gəliri 3 milyard manata yaxın olub.

Təhlilçilər azalmanı iki amillə bağlayırlar.

İqtisadi təhlilçi Natiq Cəfərli deyir ki, birincisi budur ki, keçən ilin 1-ci rübündə hələ koronavirus pandemiyası başlamamışdı, martda karantin başlayanda dünyada iqtisadi aktivlik zəiflədi və Azərbaycan apreldə neft ixrac edən ölkələrin təşkilatı olan OPEK+ anlaşması tərəfdarları ilə hasilatı 164 min barrel azaltmaq barədə öhdəlik götürdü:

“2010-ci ildən etibarən hasilat düşür. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə hasilat illik 60 milyon ton idisə, 2019-cu ildə bu rəqəm az qala yarıya - 30 milyon 700 min tona düşüb”.

Gəlir artacaq, yoxsa artmayacaq

İqtisadi təhlilçi Toğrul Vəliyev isə deyir ki, OPEK+ razılaşması olmasa belə, ixrac azalacaqdı:

"Onsuz da bizdə azalma faktı təsdiqlənmişdi. Biz sadəcə dünya trendlərinə uyğun addım atırıq".

İqtisadçı Natiq Cəfərli deyir ki, gələn ilin aprelində OPEK-lə anlaşma bitdikdən sonra da hasilatın elə təqribən bu həddə qalacağını gözləyir. Onun sözlərinə görə, neftin qiyməti indiki həddə qalarsa, ikinci rübdən sonra artıq gəlirlərdə artım müşahidə olunacaq.

Neft elə azalıb ki... Daha bahalaşanda da büdcə dolmur
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

Toğrul Vəliyev isə bildirir ki, bütün hallarda bu il neftin bahalaşmasının iqtisadiyyata ciddi müsbət təsir edəcəyini gözləmir:

"Bu ilin qazancı o olacaq ki, Neft Fondu aktivləri satmaya bilər. Çünki neft bahalaşmasaydı, Neft Fondunda defisit və bu defisiti qapamaq üçün aktivlərini satması gözlənilirdi".

Azərbaycan hökuməti vaxtaşırı bildirir ki, neftdən asılılığı azaltmaq, qeyri -neft sektorunu dirçəltmək üçün tədbirlər görür.

Tənqidçilər isə bu tədbirlərin yetərincə olmadığını bildirir.

XS
SM
MD
LG