Sentyabrın 21-də koronavirusa yoluxmaların kəskin artımı ilə əlaqadar tələbatın azalacağından narhalıq və Liviyada hasilatın bərpa olunamasına görə neftin qiyməti düşüb.
Reuters agentliyi yazır ki, qiymətləri son dərəcə kəskin düşməkdən ABŞ-ın Meksika körfəzində qasırğaya görə hasilatda fasilələrin yaranması xilas edib.
Brent markasından olan neftin qiyməti 1.21 dollar düşərək bir barrel üçün 41.94 dollar olub.
ABŞ neftinin qiyməti də eyni qədər enərək bir barrel üçün 39 dollara enib.
Bu hər iki markadan olan neftin son iki həftədə ən böyük qiymət düşümüdür.
Liviyanın ən böyük neft mədəni Şararada hasilat bərpa olunub. Bu yataqlarda fors major vəziyyəti qismən qaldırılıb.
Qiymətlər Liviyadan asılı olacaq
BNP Paribas şirkətinin təhlilçisi Harry Tchilinguirian deyib ki, neft qiymətləri yol ayrıcındadır və onların hansı istiqamətdə inkişaf edəcəyi Liviya neftinin hasilat həcmlərindən asılı olacaq.
Goldman Sachs neftin qiymətlərinə dair proqnozunu dəyişməyib. Bu proqnoza görə Brent markasından olan neftin qiyməti ilin sonunadək bir barrel üçün 49 dollara çatacaq, gələn ilin üçüncü rübünədək 65 dollara qalxacaq.
Barclays Brent nefti üçün gələn ilin proqnozunu 43 dollardan 53 dollara qaldırıb.
Bu arada OPEC və onun müttəfiqləri arasında hasilat ixtisarına dair sazişin qüvvədə qalması bazara müəyyən sabitlik gətirməkdə davam edir.
Lakin Reuters yazır ki, koronavirus yoluxmalarının artması hələ də tələbatı ciddi təsirləndirə bilər.
Adətən neftin qiymətlərinə uyğun hərəkət edən Avropa səhmlərinin qiymətləri son yeddi həftədə ən aşağı həddə düşüb.