Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:00

Netflix-i 'Pulyuyan maşına' görə məhkəməyə verirlər


Panama sənədləri qalmaqalına səbəb olmuş Mossack Fonseca şirkəti onun qanunsuz ofşor fəaliyyətinə dair filmə etiraz bildirib.

Dünyanın ən zəngin insanlarına ofşor bank hesabları açmaqda kömək etmiş hüquq firması Panamada qeydiyyatda olduğuna görə sızdırılmış məlumatlar “Panama sənədləri” adını qazanmışdı.

New York Times yazır ki, indi bu firma Netflix-i Steven Soderbergh-in “Pulyuyan maşın” (The Laundromat) filminə görə məhkəməyə verir.

2016-cı ildə Almaniya qəzetlərindən biri Mossack Fonseca adlı hüquq firmasına aid 11,5 milyon sənədi əldə etmişdi.

Bu sənədlər dünyanın bir sıra aparıcı dövlət və hökumət başçısının, siyasətçilərin və məşhurların vergidən gizlədilmiş sərvətinə işıq salırdı.

Sənədlərin arasında Azərbaycan prezidentinin ailə biznesinə aid olanlar da vardı.

Netflix-in sözü gedən filmində Meryl Streep-in oynadığı dul qadın ərinin kater səyahəti zamanı həlak olması səbəbi ilə sığorta şirkətinin saxta əməliyyatçısı barədə məlumat əldə edir.

Oktyabrın 16-da ABŞ-da verilmiş məhkəmə iddiasında deyilir ki, sözü gedən firmanın sahibləri Jürgen Mossack və Ramón Fonseca “ləyaqətsiz və məsuliyyətsiz hüquqşünaslar” kimi təsvir ediliblər.

Neftlix-də oktyabrın 18-dən nümyiş etdiriləcək bu filmdə Mossack-ı Gary Oldman və Fonseca-nı Antonio Banderas oynayır.

XS
SM
MD
LG