-
Qazaxıstanı təmsil edən azərbaycanlı atlet Nicat Rəhimov Rio Olimpiadasında təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək 1-ci yer tutub.
APA-nın məlumatına görə, N. Rəhimov 77 kq çəki dərəcəsində olimpiya çempionu olub.
Toplamda 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat Rəhimov çinli Lyuy Syaozsunu və Misir atleti Məhəmməd Mahmudu geridə qoyub.
Qeyd edək ki, N.Rəhimov təkanla qaldırma hərəkətində rusiyalı Oleq Perepeçenovun 2001-ci ildə vurduğu rekordu yeniləyib. Nicat Rəhimov 2014-cü ildən etibarən Qazaxıstan yığmasında çıxış edir.
Reuters Agentliyinin çəkdiyi fotoları təqdim edirik