Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:14

Niyaməddin Əhmədovun azadlığı tələb edilib


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Sentyabrın 27-də Bakının mərkəzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Niyaməddin Əhmədova azadlıq tələbilə aksiyaya cəhd olub

Bugün, sentyabrın 27-də Bakının mərkəzində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədova azadlıq tələbilə aksiyaya cəhd olub.

Əllərində Niyaməddin Əhmədovun şəkillərini tutan aksiya iştirakçıları bütün siyasi məhbuslara azadlıq tələb ediblər.

Onlar "Siyasi məhbuslara azadlıq!”, “Məhkəmə şoularına son qoyulsun!”, “Niyaməddin Əhmədova azadlıq!”, “istefa” şuarları səsləndirərək yürüşə cəhd ediblər.

Polis əməkdaşları aksiyanın olduğu əraziyə gələrək, onun şəhər rəhbərliyi ilə razılaşdırılmadığını əsas göstərərək, dayandırılmasını tələb edib, amma saxlanan olmayıb.

Aksiya iştirakçıları ərazini tərk ediblər.

Səslənən tələblərə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Yerli hüquq müdafiəçiləri Azərbaycan həbsxanalarında hazırda 100 civarında siyasi məhbusun olduğnu söyləyirlər

Xatırlatma

AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçi olduğu bildirilən Niyaməddin Əhmədov ötən il aprelin 16-da İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejiminin pozulması) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri ilə 30 gün həbs edilib.

Mayın 16-da, həbsdən azad edilməli olduğu gün isə ona qarşı cinayət məcəlləsinin (CM) 214-1-ci (terrorizmin maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə açıqlamasına əsasən Almaniyada sığınacaq almış Azərbaycan vətəndaşı Qabil Məmmədov terror aktlarının hazırlanması məqsədilə Əhmədova pul göndərib. AXCP-də bu ittihamları qondarma və siyasi motivli adlandırıblar. Habil Məmmədov da ittihamı yalanlayıb.

Bu günlər Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror çıxış edərək N. Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Proses sentyabrın 29-da davam edəcək.

XS
SM
MD
LG