Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:21

Norveçdə 'Gələcəyin şəhəri'ni tikirlər


İllüstrasiya
İllüstrasiya

Norveçdə gələcəyin şəhərini tikməyə qərar veriblər.

Bu şəhərdə yalnız sürücüsüz elektromobillərin şütüməsinə icazə olacaq. Sakinlər velosipeddən istifadə edə biləcəklər.

Amma şəhər elə tikiləcək ki, insanın rahat yaşaması üçün lazım olan hər şey "əlinin altında olsun", yəni supermarketlər və s. lazımi obyektlərə piyada getmək mümkün olsun.

Şəhərin mərkəzinə heç sürücüsüz elektromobillər də girə bilməyəcək.

Şəhər özü-özünü elektriklə təmin edəcək, hətta elektrik enerjisini ixrac da edəcək.

Şəhərdən kənardakı yaşayış məntəqələri bundan yararlana biləcək.

Yeni şəhəri Oslo aeroportunun ətrafında salmaq istəyirlər.

Aeroport genişləndirildiyi üçün orada çalışanların da sayının yaxın illərdə xeyli artacağı gözlənir.

Onların ailələrinə yaxın yaşamaları üçün ayrıca şəhər salmaq planlaşdırılır.

Buna da bax: 22-ci əsr üçün 5 proqnoz

Şəhərdə benzin, qaz kimi tükənən sərvətlərdən istifadə olunmayacaq. Enerji yenilənən təbii sərvətlərdən alınacaq.

Bundan başqa həmin enerjidən təyyarələrin üzərini qar və buzdan təmizləmək üçün də istifadə olunacaq.

Beləliklə aeroportun da ənənəvi enerji mənbələrindən istifadəsi nisbətən azalacaq.

Yeni şəhərin tikintisi gələn il başlayacaq və 2022-ci ildə başa çatacaq.

Şəhərdə yolların avtomatik işıqlandırılması texnologiyasından istifadə olunacaq.

Bu texnologiyadan artıq Norveçin bəzi yollarında istifadə edilir. (Videoya bax)

İşıq dirəklərinə radarlar bərkidilir. Maşın gələndə işıqlar gur yanır, maşın olmayanda isə azalır. Bu yolla külli miqdarda enerjiyə qənaət edilir.

Buna da bax: 20 ildən sonra həyat necə olacaq? Məşhur alimin proqnozları

XS
SM
MD
LG