Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:09

Norveç Helsinki Komitəsi siyasi məhbusları dərhal azad etməyə çağırır


Səid Bakuvi,Norveç Helsinki Komitəsinin hazırladığı və sosial mediada paylaşdığı poster
Səid Bakuvi,Norveç Helsinki Komitəsinin hazırladığı və sosial mediada paylaşdığı poster

Osloda yerləşən beynəlxalq insan hüquqları təşkilatı olan Norveç Helsinki Komitəsi AXCP üzvü Səid Bakuvi təxəllüsü ilə də tanınan Səid Məmmədzadəni dərhal azad etməyə çağırır.

Azərbaycan hakimiyyətinə ünvanlanan bu çağırışı beynəlxalq insan hüquqları təşkilatı iyunun 12-də özünün facebook səhifəsində paylaşıb.

Məlumatda vurğulanır ki, müxalifət partiyasının üzvü olan, keçmiş idman mükafatçısı Səid Bakuvi sosial mediada hakimiyyəti tənqid etməsi ilə tanınıb.

Norveç Helsinki Komitəsinin loqosu
Norveç Helsinki Komitəsinin loqosu

Təşkilat 2021-ci ilin aprelində reallaşan müxalifətçi həbsini insan hüquqları müdafiəçiləri tərəfindən siyasi motivli həbs hesab olunduğunu diqqətə çatdırır və onun dərhal azad olunmasını tələb edir.

„O, 2021-ci ilin aprelində xuliqanlıq ittihamı ilə 3,5 il həbsə məhkum edilib, hansı ki, insan hüqüqları müdafiəçiləri bunu siyasi motivli həbs hesab edirlər. O, Kürdəxanı istintaq təcridxanasında saxlanılır. O dərhal azad edilməlidir“ deyə açıqlamada bildirilir.

Norveç Helsinki Komitəsi iyunun 11-dən özünün sisial media platformalarında Azərbaycanda UEFA EURO 2020 futbol oyunları ərəfəsində siyasi məhbuslarla bağlı kampaniyaya başlayıb.

Komitənin hazırladığı posterdə hazırda həbsdə olan üç Azərbaycan (Salayev, Umudov, Bakuvi), üç Rusiya (Svetkova, Navalnı, Pavlov) və bir Macarıstan (Csaba) vətəndaşının fotoları yer alıb.

Zamin Salayev və Paşa Umudov

AXCP Salyan Rayon şöbəsinin fəalı Zamin Salayev həmin rayonun polis şöbəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti ilə 2020-ci ilin aprelində 2 il 3 ay azadlıqdan məhrum edilib.

Salyan Rayon Məhkəməsində hakim Ağarza Səmədov bu barədə hökm çıxarıb. Hökmə əsasən, Zamin Salayev cinayət məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

Həmzə Əzizov AXCP fəalına qarşı xüsusi ittiham qaydasında iddia qaldırmışdı. Zamin Salayev yanvar ayında sosial şəbəkələrdə polis əməkdaşıyla aralarındakı mübahisənin videosunu paylaşmışdı. Onların arasında Salyan sakini olan bir xanıma təcavüzdən söhbət gedirdi. Zamin Salayev polis əməkdaşını sözü gedən xanımı "bədbəxt etməkdə" suçlayırdı. O özü həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.

AXCP sədri Əli Kərimlinin sürücüsü olmuş Paşa Umudov Nərimanov rayon Məhkəməsinin hökmü qüvvədə 4 il 6 ay azadlıqdan məhrum edilib. O, CM-in 234.2 (narkotik maddə satışı) maddəsi ilə ittiham olur. Paş Umudov isə bu ittihamı qəbul etmir həbsinin səbəbini siyasi motivli hesab edir.

Putin, Orbán və Əliyev

Komitənin yaydığı məlumatda ev sahibi ölkələr arasında davam edən insan haqları pozuntuları və demokratiyanın əzilməsi ilə tanınan ölkələr - Azərbaycan, Macarıstan və Rusiyanın adları yer alıb. Məlumatda deyilir:

„Putin, Orbán və Əliyev, rəqiblərinin danışmasını dayandırmaq üçün əllərindən gələni edirlər. UEFA EURO 2020-də, avtoritar rejimlərə qarşı duran və təzyiq altında olan demokratiyanı qoruyan cəsarətli şəxsiyyətlərə işıq saçacağıq. Kampaniya #prectectourgame adlanır, çünki futbolun sevinclərini və gələcək çempionatların azad və demokratik bir şəraitdə keçirilməsini təmin etmək üçün mübarizə aparan insan haqları müdafiəçilərini qorumalıyıq“ deyə bildirlir.

XS
SM
MD
LG