Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:48

Seçki təqvim planı: Namizəd 2 həftəyə 60 dairədən 40 min imza toplamalıdır... [video]


Bakıda partlayış: hadisə yerindən ən son məlumatlar
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Bakıda partlayış: hadisə yerindən ən son məlumatlar [A-Live]

Seçkilərin altı ay əvvələ çəkilib, oktyabrda yox, apreldə keçirilməsi siyasi mənzərəni necə dəyişir?

Mərkəzi Seçki Komitəsinin keçmiş üzvü, hüquqşünas, Akif Qurbanov deyir ki, seçkilər növbədənkənar olsa da, seçki prosesində nəzərdə tutulan tədbirlər növbəli seçkilərdə olduğu kimidir. Belə ki, Mərkəzi Seçki Komissiyası beş gün ərzində, namizədlik üçün müraciəti təsdiq etməli, namizədlərə imza vərəqəsi verməlidir, bundan sonra isə namizədlər seçki gününə 30 gün qalmışa qədər imzatoplama kampaniyasına başlayırlar.

Akif Qurbanov deyir ki, o, namizədlərin əsas çətinliyinin imzatoplama zamanı baş verəcəyini gözləyir:

Buna da bax: Təşviqata cəmi 3 həftə

Akif Qurbanov
Akif Qurbanov

"İki həftə boyu ölkənin 60 dairəsindən 40 min səs toplamalıdırlar. Onlara imkan verilməlidir ki, öz səslərini toplasınlar. Praktika göstərir ki, buna imkan verilmir".

Müxalifətdə olan Müsavat partiyasının başqanı Arif Hacılı isə deyir ki, seçkilərin vaxtı qəfil dəyişsə də partiya siyasi mübarizədə əzmlidir. Onun sözlərinə görə, seçki üçün texniki hazırlıqda problem yoxdur, seçki qərargahları, regional strukturlar mövcuddur:

"Təşkilatı baxımdan ciddi problemlər yoxdur, amma cəmiyyətin seçkiyə köklənməsi üçün vaxt qalmadı. Seçki qanunvericiliyinin təkmilləşməsi ilə bağlı təkliflər vermişdik, amma bu təkliflərə beynəlxalq birliyin rəy bildirməsi üçün vaxt qalmadı. Artıq beynəlxalq müşahidəçilərin bu seçkilərdə iştirak imkanı tamamilə aradan qaldırıldı".

Buna da bax: Tofiq Zülfüqarov: 'Azərbaycan xalqı heç vaxt indiki kimi yaxşı yaşamayıb'

Arif Hacılı deyir ki, Müsavat partiyasının strukturları texniki olaraq seçkiyə hazır olsa da yeni şəraitdə seçkidə iştirak edib, etməmək məsələsini müzakirə edir. Partiyanın namizədi onun keçmiş sədri İsa Qəmbərdir.

Arif Hacılı
Arif Hacılı

Seçki mütəxəssisi Akif Qurbanov deyir ki, seçkiləri erkən keçirməyin bir məqsədi də bu idi ki, rəqiblərin iştirak imkanı olmasın.

Bir neçə müxalifət partiyası və ictimai fəalların birləşdiyi Milli Şura isə seçkini boykot edib. Bu barədə Şura fevralın 5-də keçirdiyi toplantının nəticəsində qərar verib. Şuranın sədri Cəmil Həsənli deyib:

Buna da bax: 'Növbəsiz seçkinin səbəbləri...'

“Azərbaycan hakimiyyətinin iki ay sonra – aprel ayının 11-də növbədənkənar seçki keçirmək qərarı növbədənkənar məzhəkə kimi qiymətləndirilib. Milli Şura belə hesab edir ki, bu sərəncam beynəlxalq rəylərdə və hesabatlarda öz əksini tapmış – Azərbaycan xalqının seçki yolu ilə öz hakimiyyətini formalaşdırmaq imkanından məhrum edilməsi istiqamətində sonuncu addımlardan biridir. 5 fevral sərəncamı 11 aprel seçki oyunbazlığının qeyri-legitimlik sənədidir”.

Hüquqşünas, Sivil Toplum Platformasının üzvü Ələsgər Məmmədli deyir ki, ölkədə əsas azadlıqlar məhdudlaşdırılıb. Seçkilər yeganə dönəm idi ki, hakimiyyətdə olmayan siyasi qüvvələr auditoriya ilə az-çox ünsiyyətə girib, öz fikirlərini çatdıra bilirdilər. Onun sözlərinə görə, adətən seçki hazırlıqları seçkidən altı ay əvvəl başlayır, qurultaylar keçirilir, müzakirələr aparılırdı:

Buna da bax: Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar] [video]

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"İndiki halda, heç bir siyasi partiyanın hazırlıq prosesi imkanı yoxdur. Hazırlıq prosesindən sonra isə gəlir təbliğat-təşviqat dövrü. Bilirsiz ki, seçki təbliğat-təşviqat müddəti 23 günə düşüb, bunun da bir günü təbliğatsız gündür. Beləliklə, qərargahları, şöbələri olmayan partiyaların vətəndaşlara özlərini anlatmaq üçün bərabər imkanların olmaması deməkdir".

Hakimiyyətin siyasi kursunu müdafiə edən deputat Zahid Oruc isə deyir ki, seçkilərin irəli çəkilməsi ilə müxalifətin prosesə hazırlaşmaq imkanının əlindən alınması fikri ilə razı deyil. O deyib ki, müxalifətin seçkidə məğlubiyyətinin səbəbi bu qüvvələrin arxasında kifayət qədər seçici olmamasıdır.

Bakıda rastımıza çıxan vətəndaşlardan soruşmuşuq ki, onların fikrincə, seçkilərin azad və ədalətli keçirilməsi üçün yetərincə şərait varmı?

Buna da bax: 'Seçkiyə yolasalma' [karikatura]

Mərkəzi seçki komissiyası isə seçkinin təşkili ilə bağlı tənqidləri elə bəri başdan rədd edir. Komissiyanın sədri Məzahir Pənahov komissiyanın fevralın 6-da keçirilən iclasında deyib ki, seçkinin nəticələrini xalq qəbul etməlidir, digər məqamlar önəmli deyil. Azərbaycan seçicilərinin yarıdan çoxunun səsini alan şəxs prezident seçiləcək..

Məzahir Pənahovun əsas narahatlığı sosial şəbəkələrdəndir:

"Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalır... Biz beynəlxalq təşkilatların nümayəndələri ilə bu halda məsləhətləşib namizədlə bağlı addım atacağıq".

Mərkəzi Seçki komissiyası elə bu gün - fevralın 6-da prezident seçkisi ilə bağlı görüləcək işlərin təqvim planını təsdiq edib.

Adətən xüsusilə beynəlxalq müşahidəçilər seçkilərin texniki hazırlıq səviyyəsindən çox prosesdə bütün iddialı namizədlərin iştirakına şərait yaradılmaması, müxtəlif üsullarla seçkinin nəticələrinə təsir edən qanunsuz əməlləri tənqid edirlər.

Sonuncu dəfə ATƏT hətta seçkini müşahidə üçün şərait olmadığını əsas gətirərək 2015-ci ilin parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etmişdi. ATƏT AzadlıqRadiosu-nun sorğusuna cavabında hələlik yalnız onu deyir ki, Azərbaycandan rəsmi dəvət alandan sonra gələcək addımlarını müəyyənləşdirəcəklər.

XS
SM
MD
LG