Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:17

Novruz Məmmədov: 'Lapşin məsələsini siyasiləşdirmək lazım deyil'


Novruz Məmmədov, Bakı, 1 aprel 2008
Novruz Məmmədov, Bakı, 1 aprel 2008

"Alexander Lapshin məsələsini siyasiləşdirmək lazım deyil”.

Bunu Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov bildirib. (APA)

N. Məmmədov bildirib ki, bu, dövlətlər arasında hüquqi məsələdir:

“Hüquqa xidmət etmək dünya üçün vacib məsələdir. Belə olan halda dövlətlərarası əməkdaşlıq daha səmimi olur. Bu beynəlxalq hüquqda əksini tapmış məsələdir. Bundan istifadə edərək dövlətlərarası münasibətləri pozmaq meylləri də görünür”.

N.Məmmədov daha sonra Rusiyanın böyük dövlət olduğunu, Azərbaycan Rusiya əlaqələrinin böyük tarixi olduğunu vurğulayır.

Rusiya, Ukrayna, İsrail vətəndaşı olan bloqqer A.Lapshin Azərbaycan tərəfin tələbilə 2016-cı ilin dekabarında Belorusda saxlanıb. Azərbaycan onu dövlət sərhəddini pozmaqda, dövlət əleyhinə çağırışlarda ittiham edir.

Bloqqer bu il fevralın 7-də Belorusdan Azərbaycana ekstradisiya edilib. Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

İndiyə kimi Rusiyanın və İsrailin diplomatik təmsilçiləri A.Lapshnlə görüşüblər.

XS
SM
MD
LG