Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:19

Martın 21-də Bakıda bayram tədbirləri keçiriləcək


Martın 20-si axşam saat 9-a 25 dəqiqə işləmiş gecə və gündüz bərabərləşir və İt ili başlayır.

Bu il Novruz bayramı əvvəlki illərə görə daha təntənəli keçiriləcək. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) xüsusi hazırlıq işləri görüb. Meriyanın başçısı Hacıbala Abutalıbovun köməkçisi Namiq Məmmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, martın 21-i səhər saatlarından Bakının müxtəlif yerlərində keçiriləcək bayram tədbirləri Milli Parkda atəşfəşanlıqla başa çatacaq.


«Qoşa qala» qapısı qarşısındakı meydanda keçiriləcək tədbirlərə prezident İlham Əliyev və digər dövlət rəsmilərinin qatılacağı gözlənilir.


XS
SM
MD
LG