Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

Talıbovlara bağlı türkiyəli biznesmen Gürcüstanda əmlak imperiyasını necə qurub


Vasif Talıbovun oğlanları beynəlxalq korrupsiya araşdırmasında...
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Vasif Talıbovun oğlanları beynəlxalq korrupsiya araşdırmasında...

Türkiyəli biznesmen Emin Uçar Azərbaycanın Naxçıvan eksklavında sərvət qazanıb. Yeni sənədlər və müsahibələr onun Naxçıvanı 27 il idarə etmiş Vasif Talıbovun ailəsinə bağlılığını, onun əlaltısı olduğunu üzə çıxarıb. Araşdırmanı Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi (OCCRP) yayıb.

Araşdırmaya görə, Türkiyə vətəndaşı Uçar son illər Gürcüstanda 270 milyon dollarlıq biznes və mülkiyyət imperiyası qurub. Onun şirkətinin Fransanın Accor şirkətilə birgə idarə etdiyi üç otel də bu sıradadır.

'Badamlı'nın keçmiş sahibi: 'Vasif Talıbov zavodu əlimdən aldı. Dedilər, başına oyun açarıq'
Gözlə

No media source currently available

0:00 0:10:31 0:00

Accor əlaqələrə yenidən baxır

OCCRP Uçarın Vasif Talıbov və ailəsini təmsil etdiyini, onun şirkətlərinin Talıbov ailəsinə bağlı böyük holdinqlərlə açıq əlaqələri olduğunu qeyd edir. Uçarın vəkilləri onun sərvətini istiqrazlardan qazandığını desələr də, biznesmenin idarə etdiyi şirkətlər Azərbaycanda dövlət kontraktları əldə edib.

Araşdırmada deyilir ki, Gürcüstan paytaxtı Tbilisidə opera binası yaxınlığındakı “Dinehall” restoranı, Fransanın Accor şirkəti ilə birlikdə tikilən beşulduzlu otel Uçarın biznes imperiyasına daxildir. Accor-dan OCCRP-yə bildirilib ki, Uçarın Talıbovlarla iddia olunan münasibətləri fonunda Uçarla əlaqələrə yenidən baxılır.

“Azərbaycanın Şimali Koreyası” adlandırılan Naxçıvanda Talıbov idarəçiliyi dövründə çoxsaylı insan haqları pozuntularının baş verdiyi bildirilir. Talıbov ötən il dekabrın 21-də istefa verib. AzadlıqRadiosunun regiondan hazırladığı reportajlarda sakinlər şikayətlərini dilə gətirib, həmin dövrdə həbs olunanlar üzləşdikləri işgəncələrdən danışıblar. Naxçıvanda müstəqil media susdurulub, dissidentlər psixiatrik klinikalara salınıb, saxlananlar döyülüb, digər işgəncə növlərinə məruz qalıb.

Vasif Talıbovu tənqid edənlər: 'Bizi lüt soyundub göydən asdılar, toka verdilər'
Gözlə

No media source currently available

0:00 0:10:05 0:00

Dövlət kontraktları

OCCRP hələ 2022-ci ilin fevralında Uçarın Talıbov ailəsinə bağlarını aşkarlayıb. Jurnalistlər Talıbovun illik 26 min dollar məvacib almasına baxmayaraq, hakimiyyəti dövründə sərvət yığdığını üzə çıxarıblar.

Araşdırmaçı jurnalistlər indi isə Talıbovun holdinqlərinin çoxunun Uçarın şirkətləri tərəfindən maskalandığını ortaya qoyublar. Azərbaycanda “Gəmiqaya”, Gürcüstanda “Maqro Group” kimi şirkətlərin daxil olduğu şəbəkə 2000-ci illərin əvvəllərindən Azərbaycanda onlarla dövlət kontraktı əldə edib.

Hazırda “Gəmiqaya”nın sahibliyi məsələsi qaranlıq qalır. Talıbov istefa verəndən bir həftə sonra Gəmiqaya-nın adı dəyişdirilərək “Arkoz” olub. Bu isə Uçara bağlı başqa bir şirkətin adıdır.

İnsan haqları təşkilatları Talıbovların “Gəmiqaya”nı idarə etdiyini desələr də, bu informasiya açıq olmadığından onu təsdiqlətmək çətindir. Ancaq şirkətin keçmiş işçisi OCCRP-yə deyib ki, Uçar göstərişləri Talıbovlardan alırdı.

Özünü yandıran Naxçıvan sakini: 'Polislər atamın şalvarını soyundururdu'
Gözlə

No media source currently available

0:00 0:11:20 0:00

Ziddiyyətli açıqlamalar

Uçarın Gürcüstanda Talıbovun oğlu Rzanın adından əmlak alması, onların şirkətlərə birgə sahibliyinə dair sənədlər aşkarlanıb.

Rza suallara cavab verməyib. Ancaq Uçarın şirkəti “Maqro”nun və Talıbovu kiçik oğlu Seymurun vəkilləri Uçarla bu ailənin biznes əlaqələri haqda ziddiyyətli açıqlamalar səsləndiriblər.

Seymurun vəkili deyib ki, Rza Talıbov və Uçar “Naxçıvanda Gəmiqaya adını daşıyan müxtəlif şirkətlərin həmtəsisçiləridir”. Maqro və Uçarın vəkili isə bildirib ki, onlar “iddianı birmənalı təkzib edirlər”.

Uçarın vəkili onun “nə keçmişdə, nə də indi özündən başqa kimsənin biznesi üçün” saxta təmsilçilik etdiyini, həmişə qanuni davrandığını bildirib. O, biznesmenin investisiyasının banklardan gələn faizlərdən qaynaqlandığını vurğulayıb.

Çayxanası sökülən Naxçıvan sakini: 'Yalandır, heç nə dəyişməyib'
Gözlə

No media source currently available

0:00 0:07:00 0:00

Etibarnamə

Ancaq OCCRP Rza Talıbovun Uçara 2012-ci ilin fevralında bir ay müddətinə verdiyi etibarnamənin fotosunu yayıb. Talıbov biznesmenə Gürcüstanın Batumi şəhərində onun adına mülk almağı etibar edib. Həmin ilin iyunundan isə Rza Uçara bu dəfə iki ay müddətinə etibarnamə verir. Bu dəfə tarixi binaya bitişik 1.2 milyon dollarlıq mülk alınır, Uçar təmsilçi kimi satış sənədlərini imzalayır.

Maqro-dan OCCRP-yə deyilib ki, o zaman Rza Talıbovla Uçar biznes ortağı idilər və “belə məsələlərdə bir ortağın digərindən kömək istəməsi tamamilə təbiidir”.

İki il sonra, 2014-cü ildə Rzanın aldığı binalarda “Divan Suites Batumi” beşulduzlu oteli açılıb. O zaman Rza Talıbov “Gəmiqaya Holdinq”in sədri kimi mərasimdə qırmızı lenti kəsir.

Talibov istefa verdiyi ərəfədə isə Rza “Divan Suites” otelini 18 milyon dollara satışa çıxarıb.

Gürcüstan üçün risk

“Transparency International” təşkilatının antikorrupsiya eksperti Sandro Kevxişvili deyir ki, Azərbaycanda potensial korrupsiya ilə yığılan pulun investisiyası “Gürcüstan üçün korrupsiya riski yaradır”.

“Sərvətini korrupsiya ilə yığan şəxs bu pulu sərmayə qoyduğu ölkədə də eyni metodlara əl atacaq – özəlliklə də güclü antikorrupsiya mexanizmləri, bu riskləri azaldacaq qərarvermə sistemi olmayan bir ölkədə”, – ekspert vurğulayıb.

Bir il öncə OCCRP-nin açıqladığı hesabatda deyilirdi ki, Rza və Seymur Talıbov qardaşları “Credit Suisse”, “Barclays" və digər xarici banklarda müxtəlif hesablar açaraq, atalarının avtoritar hakimiyyəti altında Naxçıvan əhalisi əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri vasitəsilə 20 milyon dollardan çox pul qazanıblar.

XS
SM
MD
LG