Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 23:43

Daha bir nəhəng ‘pulyuyan maşın’ aşkar edilib


Rusiyalı erməni bankir Ruben Vardanyan Yerevanda aktyor George Clooney ilə (2016)
Rusiyalı erməni bankir Ruben Vardanyan Yerevanda aktyor George Clooney ilə (2016)

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi (OCCRP) Rusiyanın ölkənin hakim elitası ilə sıx əlaqələri olan ən böyük investisiya bankının az qala 9 milyard dollarlıq çirkli pulların yuyulması sxemini yaratdığını və həyata keçirdiyini aşkar edib.

Layihənin martın 4-də dərc edilmiş hesabatında deyilir ki, Troika pulyuyan maşını adlandırılan bu sxem korrupsiyalı siyasətçilərə və mütəşəkkil cinayətkarlıq fiqurlarına çirkli vəsaitlərin yuyulması, vergilərdən boyun qaçırılması, mülkiyyətin xaricdə gizlədilməsi və başqa qanunsuz fəaliyyət imkan verib.

Bundan əvvəl Rusiya və Azərbaycann Pultuyuyan Maşınları adlanan iki sxemi faş etmiş jurnalistlər qrupu bildirir ki, təhqiqat bank tranşları tarixində ən böyük məlumat sızması nəticəsində mümkün olub.

Bir neçə mənbədən toplanmış məlumatlar 238 min şirkət və insan vasitəsilə edilmiş 1, 3 milyon tranşı əks etdirir. Ümumilikdə isə bu tranşlar 470 milyard dollar vəsaiti əhatə edir.

OCCRP və onun dünya boyunca 22 partnyoru bildirirlər ki, qrup nəinki Troika pulyuyan maşınının mənfəətdarlarını müəyyənləşdirib, hətta bu sxemi quran və həyayata keçirən vahidi də aşkara çıxarıb.

Burada söhbət Rusiyanın Troika Dialog kimi tanınan özəl investisiya bankından gedir. Bu banka bir vaxtlar qərbyönlü və mütərəqqi fiqur kimi ad çıxarmış rusiyalı erməni Ruben Vardanyan rəhbərlik edib.

Hesabatda bu da qeyd olunur ki, Troika Dialog 2000-ci illərin ortalarında yaradılıb və bir-biri ilə əlaqəli 70 ofşor şirkətdən ibarət şəbəkəni idarə edib. Onlardan azı 35-nin Litvanın 2013-cü ildə rüsvayçılıqla bağlanmış Ukio Bankas bankında hesabları olduğu bildirilir.

Xəbər verilir ki, Troika Dialog Ukio bankasdakı hesabları vasitəsilə Rusiyadan milyardlarla dolları çıxarıb.

Bu sxemin mənfəətdarlarından birinin də Vladimir Putinin köhnə dostu, musiqiçi Sergey Rolduginin olduğu aşkar edilib. O Troika Dialog pulyuyan maşını vasitəsilə 69 mılyon dollar əldə edib.

XS
SM
MD
LG