Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:17

Gürcüstanın keçmiş müdafiə naziri həbs edilib


Irakli Okruashvili
Irakli Okruashvili

Gürcüstanın keçmiş müdafiə naziri və Müzəffər Gürcüstan partiyasının lideri Irakli Okruashvili iyulun 25-də Tbilisidə həbs edilib.

Gürcüstan DİN-in məlumatına görə Okruashvili ötən ay parlament binasına basqında şübhəli bilinənlərin arasındadır.

Şübhəlilər etirazlar zamanı zorakılığı qızışdırmaqda ittiham olunurlar.

Gürcüstan prokurorları deyirlər ki, ötən ay paytaxt Tbilisini bürümüş etiraz aksiyaları əslində dövlət çevrilişi cəhdinin bir hissəsi idi.

Etirazçılar əvvəlcə iyunun 20-də parlament binasının qarşısına toplaşmışdılar.

Onlar Rusiya Duması nümayəndəsinin Gürcüstan parlamentində spikerin kürsüsündə oturmasına etiraz edirdilər.

Bunun ardınca polislə toqquşmalarda yüzlərlə insan xəsarət almış və həbs edilmişdi.

XS
SM
MD
LG