Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:30

'Biznesmenləri yaxşı sağa bilmədikləri üçün' vəzifədən çıxarılanlar


Türkmənistan prezidenti yenə 'şou göstərir'
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

Türkmənistan prezidenti yenə 'şou göstərir'

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov bu ilin mayında baş prokuroru, eləcə də şəhər və rayonlarda daha 9 prokuroru işdən azad edəndə, bunu korrupsiya ilə mübarizənin zəif getməsi ilə əsaslandırmışdı.

Həmin şəxslər bir həftə sonra həbs edilmişdi.

Amma Azadlıq Radiosunun türkmən servisi hökumətdəki mənbələrinə istinadla yazır ki, əslində səbəb başqa olub.

Prokurorluq Asiya oyunlarının təşkili üçün lazım olan vəsaitin bir hissəsini toplamaq kimi "vacib tapşırığın" öhdəsindən gələ bilməyib, yəni biznesmenləri "yaxşı sağa bilməyib".

Buna da bax: Orta Asiya liderlərinin ordenli övladları

8 MİLYARDLIQ OYUNLAR

Asiya oyunlarına ev sahibliyi etmək 5-6 il əvvəl hökumətə yaxşı ideya kimi görünürdü. Türkmənistan neft və qazdan böyük gəlir əldə edirdi.

Asiya oyunlarına 8 milyard dollar xərcləmək planlaşdırılırdı. Məqsəd ölkəyə turist cəlb etmək idi.

Türkmənistanda Asiya oyunları
Türkmənistanda Asiya oyunları

Amma neftin qiyməti kəskin düşəndən sonra büdcədə problemlər yarandı.

Başqa mənbələr isə bildirir ki, prokurorlar Asiya oyunları üçün yığılan pulun 15 milyonunu mənimsəyiblər.

Həqiqət nə olursa-olsun, baş prokurorun işdən qovulmasından sonra prezident Berdımuhammedov korrupsiyaya qarşı mübarizənin güclənəcəyini bildirdi.

Onlarla adam həbs edildi.

İyun ayında İqtisadi Cinayətlərlə Mübarizə Xidməti yaradıldı.

Belə xidmət başqa Orta Asiya ölkələrində də yaradılıb. Amma Türkmənistan əvvəllər buna ehtiyac görməyib.

Buna da bax: Türkmən manatı qara bazarda kəskin ucuzlaşır​

KORRUPSİYAYA QARŞI MÜBARİZƏ APARANLARIN ÖZLƏRİ...

Tacikistanda isə son illərdə anti-korrupsiya kampaniyası elə korrupsiyaya qarşı mübarizə aparmalı olan şəxslərin özünə qarşı yönəlib.

Maliyyə Nəzarəti və Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Agentliyi hədəfə alınıb.

2015-ci ildə prezident Emomali Rahmon agentliyin işini səmərəsiz hesab edərək onun işçilərinin çoxuna qapını göstərib. 330 nəfər işdən çıxarılıb.

Onların yerinə heç kəs işə götürülməyib.

Rustam Rahmon
Rustam Rahmon

Daha sonra agentliyin başına Rahmonun o zaman 27 yaşı olan oğlu Rustəm gətirilib, amma 2017-ci ildə həmin vəzifədən gedərək Düşənbə meri təyin edilib.

Rustam agentliyə rəhbərlik edəndə heç kəs işdən çıxarılmayıb. Amma 2017-ci ilin aprelində həbslər başlayıb. Agentliyin direktor müavini, baş müstəntiqlər - ümumilikdə 10 vəzifəli şəxs həbs edilib.

Belə deyənlər də var ki, bu, hakimiyyətdaxili "razborka"ların nəticəsidir və R.Rahmon təhlükəsizlik orqanları ilə birləşərək agentliyin "kitabını bağlamaq" istəyib.

XS
SM
MD
LG