Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:59

Azərbaycanda orta maaş Gürcüstan və Ermənistandakından azdır


Bakıda "Mehman Hüseynova azadlıq" aksiyası
Gözlə

No media source currently available

0:00 0:14:33 0:00

Bakıda "Mehman Hüseynova azadlıq" aksiyası

Dövlət Statistika Komitəsinin keçən ilin oktyabrına olan məlumatına görə, orta aylıq əməkhaqqı 540 manat olub, bu da əvvəlki dövrlə müqayisədə 2,8 faiz artım deməkdir.

İctimai Təşəbbüslər Mərkəzinin sədri, iqtsadçı alim Qubad İbadoğlu hesablayıb ki, əslində, Azərbaycanda orta aylıq əmək haqqı tempi aşağı düşüb. Çünki 2016-cı ilin eyni dövrü ilə müqayisədə, 2017-ci ildə artım 6,4 faiz olmuşdu.

Qubad İbadoğlu deyir ki, Azərbaycanda orta aylıq əməkhaqqı nefti və qazı olmayan Ermənistandan 1,45, Gürcüstandan isə 1,3 dəfə azdır:

Azərbaycanda işləyənlərin orta aylıq nominal əmək haqqı 281 avro təşkil edir ki, bu da enerji resursları ilə zəngin olan ölkələrdən- Danimarkadan 18,5, Norveçdən 16,5, Hollandiyadan 10, Rusiyada 1.85, Qazaxıstanda isə 1,5 dəfə aşağıdır.

Qubad İbadoğlu hesab edir ki, orta aylıq əməkhaqqının azalması əslində devalvasiyaların nəticəsidir və Azərbaycan iqtisadiyyatı geriləməkdə davam edir.

Nefti-qazı olmayan qonşulardan da geridə

Bəs orta aylıq əməkhaqqı alanlar nə düşünürlər? Bu maaşla necə yaşayırlar?

Bakıda informasiya texnologiyaları mütəxəssisi Seyid Kənan Bağırov deyir ki, ayda 400 manat maaş alır, bu pul onun tək özünə çatır:

“Təxmini 400 manat bəs edir. Amma mən ailəmlə yaşayıram. Tək yaşamasam və ailə qursam, bu pul çatmayacaq.”

Hazırda Azərbaycanda orta aylıq əməkhaqqı nefti və qazı olmayan Ermənistandan 1,45, Gürcüstandan isə 1,3 dəfə azdır.

Orta aylıq əməkhaqqı ölkə iqtisadiyyatının inkişafının əsas göstəricilərindən biridir.

Bu azalmaya baxmayaraq, hakimiyyət rəsmiləri nikbin bəyanatlar verir. Məsələn, prezident İlham Əliyev Yeni il çıxışında deyib ki, iqtisadiyyat inkişaf edir:

“Bu il ümumi daxili məhsul (ÜDM) artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur”.

Prezidentin bu fikrinə əks olaraq müxalifətdəki ReAl partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, Ümumi Daxili məhsul keçən il cəmi bir faiz artıb ki, bu da çox cüzi artımdır və heç artım sayılmaya da bilər.

Onun sözlərinə görə, Ermənistanda ÜDM 3 faizə, Gürcüstanda isə 5 faizə qədər artıb.

Bəs Bakı sakinləri necə, prezidentin dediyi inkişafı öz həyatlarında hiss edirlərmi? Aldıqları pul, onlara rahat həyat qurmaq üçün çatırmı? Aşağıdakı sorğunu izləyin:

Orta yaşayışa nə qədər pul lazımdır?
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Azərbaycanda İqtisadiyyat ümumilikdə 2014-cü ilin sonunda neft ucuzlaşmağa başlayandan sonra zəifləyib.

Tənqidçilər və beynəlxalq maliyyə qurumları hökumətə tövsiyə edirlər ki, iqtisadiyyatda sabitliyi artırmaq üçün qeyri-neft sektorunu inkişaf etdirsin, neftdən asılılığı azaltsın.

XS
SM
MD
LG