Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:22

Seymur Həzi azadlıqda


Seymur Həzi, arxiv foto
Seymur Həzi, arxiv foto

AXCP sədrinin müavini Seymur Həzi 30 günlük həbs müddəti bitdiyi gün-noyabrın 16-da azadlığa çıxıb.

S.Həziyə əvvəlcə 15 günlük inzibatı həbs cəzası verilsə də oktyabrın 29-da onun həbs müddəti daha 15 gün artırılıb. .

Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımov cəzanın 30 günə qaldırılması qərarını Xətai Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədovun şikayəti əsasında verib. Beləki həmin şikayətdə Seymur Həziyə Xətai Rayon Məhkəməsinin təyin etdiyi cəzanın yüngül olduğu vurğulanıb.

Məhkəmədə idarəni Xətai rayon polis idarəsinin əməkdaşı, polkovnik leytenant Rəhman Kərimov müdafiə edib.

Seymur Həzi məhkəmədə deyib ki, saxlanması və sonra da inzibati həbs müddətinin uzadılması sırf onu Milli Şuranın həmin müddət ərzində planlaşdırılan aksiyalarından kənarda qoymaq olub.

Seymur Həzi: “Bütün bu prosesin məqsədi...”

“Bütün bu prosesin məqsədi Əli Kərimlini (AXCP sədri-red) tək qoymağa hesablanmışdı. Ancaq o plan onların öz əleyhinə işlədi”.

Bunu Azadlıq Radiosuna yenicə azadlığa çıxan Seymur Həzi deyib.

S.Həzi əlavə edib ki, Azərbaycanda inzibati cəza misli görünməmiş haldır, dövlət ittihamçısı olmadığı halda protestlə ittiham irəli sürüb, cəzasını artırıblar:

“ Apelyasiya Məhkəməsinin qərarı Konstitusiya Məhkəməsinin predmentinə çevrilib”.

Seymur Həzi sonra da deyib:

“Tamamilə qanunsuz, absurd, qərəzli, son dərəcə siyasi məqsədlərə hesablanmış və bu hakimiyyətin mərkəzindən gələn plan idi ”

Seymur Həzinin bu dediklərinə, hələlik, Xətai Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər hazırda Azərbaycanda məhkəmə-hüquq səhəsində islahatlar həyata keçirildiyini, heç kimin dinc siyasi fəaliyyəti və baxışlarına görə, təqib edilmədiyini vurğulayırlar.

Seymur Həzi məhkəmə proseində necə saxlanması haqqında danışarkən deyib ki, o, Əhmədlidə binanın həyətində dayandığı vaxt üç nəfər mülki geyimli onu tutub. Ardınca da Xətai rayonu, 34-cü polis bölməsində onun haqqında protokol tərtib ediblər. Orada yazılıb ki, Seymur Həzi telefonla yüksək səslə danışıb, nalayiq ifadələr deyirmiş, onu intizama dəvət edən polislərə də müqavimət göstərib. Bölmədə təxminən 4 saat saxlayandan sonra onu Xətai Rayon Məhkəməsinə aparıblar. Onun haqqında İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) maddələrilə 15 gün inzibati həbs qərarı çıxarılıb. Həmin qərardan verilən şikayətə isə oktyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Xatırlatma

“Azadlıq” qəzetinin şöbə müdiri, “Azərbaycan saatı” televiziya proqramının aparıcısı və redaktoru olmuş Seymur Həzi 2014-cü il avqustun 29-da həbs edilib. Dayanacaqda Məhərrəm Həsənov adlı şəxsi su şüşəsi ilə vurmaqda suçlanan jurnalist CM-in 221.3 (silah və ya silah qismində əşya vasitəsilə xuliqanlıq) maddəsiylə 5 il azadlıqdan məhrum edilib.

İttihamları rədd edən Seymur Həzi həbsinin səbəbini “Azadlıq” qəzetində hakimiyyəti tənqid edən məqalələri, “Azərbaycan saatı” proqramındakı çıxışlarıyla əlaqələndirib.

Amnesty International beynəlxalq insan haqları təşkilatı Seymur Həzini vicdan məhbusu kimi tanıyıb.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi əqidəsinə, baxışlarına görə heç kəsin cəza çəkmədiyini deyir.

Seymur Həzi bu il avqustun 29-da – 5 illik həbs müddəti tamamlanan gün azadlığa çıxıb.

XS
SM
MD
LG