Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:41

İslam Karimov yoxdur, tədbirlərə Shavkat Mirziyayev rəhbərlik edir


Özbəkistanın Baş naziri Shavkat Mirziyaev
Özbəkistanın Baş naziri Shavkat Mirziyaev

Özbəkistan Prezidenti İslam Karimovun xəstəxanada olduğu müddətdə bu ölkədə rəsmi tədbirlərə Baş nazir Shavkat Mirziyayev başçılıq etməyə başlayıb. Avqustun 31-də Özbəkistanın Sovet İttifaqından ayrılmasının 25 illiyinə həsr olunmuş tədbirlərə Baş nazir rəhbərlik edib.

Müstəqillik Günü ilə bağlı sentyabrın 1-nə nəzərdə tutulan konsert və başqa tədbirlər isə təxirə salınıb.

Avqsutun 28-də prezident İslam Karimovun beyninə qan sızması ilə xəstəxanaya yerləşdirilməsi barədə xəbərlər yayılıb. Onun qızı Lola Kərimova-Tillayeva İnstagram hesabından paylaşdığı mesajda "prezidentin tez sağalması üçün deyilən xoş arzular və dəstək sözləri üçün" camaata minnətdarlığını bildirib.

Məktubda "xalqın dəstəyi bizim üçün bir dünyadır və mən əminəm ki, sizin səmimi qəlbdən olan xoş arzularınız onun sağalmasına kömək edir" deyilir.

78 yaşlı prezidentin artıq vəfat etdiyi barədə müxtəlif mənbələrdən ziddiyyətli xəbərlər yayılsa da hələlik rəsmi mənbələr onun həyatda olduğunu bildirir.

XS
SM
MD
LG